87) Genetik metodun tətbiqi hansı halda daha səmərəlidir?
A) Qrup mənsubiyyətinin təyini
B) Qanın yaşlı şəxsə və ya yenidoğulmuşa məxsusluğunun təyini
C) Şəxsiyyətin identifikasiyası
D) Regionallığın təyini
E) Qanın hansı qrupa məxsusluğunun təyini
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, III cild. Bakı, 2009
88) Genetik metodun tətbiqi hansı halda daha səmərəlidir?
A) Qan ləkəsinin əmələ gəlmə müddətinin təyini
B) Biomaterialın heyvana və insana məxsusluğunun təyini
C) Müayinə olunan obyektdə qanın mövcudluğunun təyini
D) Qanın doğan və ya hamilə qadına məxsusluğunun təyini
E) Bioloji qohumluğun təyini
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, III cild. Bakı, 2009
89) Bioloji mənşəli maddi sübutların tam aşkar edilib götürülməsi üçün hadisə yerinin qorunmasına cavabdeh kimdir?
A) Müstəntiq
B) Mütəxəssis
C) Zərərçəkmişin qohumları
D) Təqsirləndirilən şəxs
E) Ekspert
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, III cild. Bakı, 2009
90) Hadisə yerindən götürülmüş müayinə obyektlərinin ekspert idarəsinə çatdırılması kimin səlahiyyətinə aiddir?
A) Mütəxəssisin
B) Əməliyyat müvəkkilinin
C) Ekspertin
D) Hal şahidlərinin
E) Müstəntiqin
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, III cild. Bakı, 2009
Dostları ilə paylaş: |