91) Hansı halda əşya maddi sübut kimi qəbul olunur?
A) Xəsarətə görə müəyyən edilmiş alətin maketi
B) Hadisə yerində tapılmış alət
C) Vəkilin təqdim etdiyi alət
D) Təqsirləndirilən şəxsin təqdim etdiyi alət
E) Cinayət aləti olmuş
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, III cild. Bakı, 2009
92) Müstəntiq maddi sübutların ekspertizası üçün Birliyə nəyi təqdim etməlidir?
A) Hadisə barədə müstəntiq versiyalarını
B) Ekspertizanın təyin olunması barədə qərarı
C) Təqsirləndirilən şəxsin antropoloji göstəricilərini
D) Zərərçəkmişin hadisədən əvvəl əynində olduğu geyim əşyalarını
E) Zərərçəkmişin fotoşəklini
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, III cild. Bakı, 2009
93) Müstəntiq maddi sübutların ekspertizası üçün Birliyə əsas nəyi təqdim etməlidir?
A) Vəkilin razılığı ilə maddi sübutların qablaşdırılması barədə məlumatı
B) İstintaq əməliyyat qrupunun işinin müzakirə protokolunu
C) Maddi sübutun kütləsi, həcmi və digər xüsusiyyətləri barədə zərərçəkənin məlumatını
D) Qablaşdırılmış və möhürlənmiş müayinə olunacaq maddi sübutları
E) Maddi sübutların ekspert idarəsinə göndərilməsi barədə zərərçəkənin razılığı haqda məlumatı
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə tibbi ekspertiza və onun imkanları, III cild. Bakı, 2009
Dostları ilə paylaş: |