183) Yaxmaların müayinəsi zamanı ekspert hansı sənədi tərtib edir?
A) Müayinə aktından çıxarış
B) Məhkəmə-tibbi müayinə protokolu
C) Arayış
D) Məhkəmə-tibbi müayinə aktı
E) İş jurnalında qeyd edilmiş nəticələr
Ədəbiyyat: Şakir Musayev, Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı, Bakı, 2008.
184) Müqayisəli tədqiqat üçün nümunələr obyektiv səbəblərə görə təqdim edilmədiyi hallarda ekspertlər maddi sübutların məhkəmə-tibb ekspertizasını keçirməlidirlərmi?
A) Xeyr
B) Bəli
C) 1 həftə müddətində nümunələr daxil olmazsa, maddi sübutlar geri qaytarılmalıdır
D) Dərhal maddi sübutları geri qaytarmalıdır
E) 3 gün gözləməlidir
Ədəbiyyat: Şakir Musayev, Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı, Bakı, 2008.
185) İlkin ekspertizanı keçirən ekspert maddi sübutların təkrari məhkəmə-tibb ekspertizasını keçirə bilərmi?
A) Vəkilin razılığı olmalıdır
B) Təqsirləndirilən şəxsin razılığı olmalıdır
C) Zərərçəkənin razılığı olmalıdır
D) Yox
E) Bəli
Ədəbiyyat: “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanun, Bakı şəhəri, 15 yanvar 2000-ci il.
186) Ekspertizanın keçirilməsi üçün məhkəmə-tibb ekspertlərinin tərkibini kim müəyyən edə bilməz?
A) Baş həkim
B) Məhkəmə
C) Müstəntiq
D) Məhkəmə-tibb ekspertiza idarəsinin rəhbəri
E) Təhqiqatı aparan şəxs
Ədəbiyyat: “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanun, Bakı şəhəri, 15 yanvar 2000-ci il.
Dostları ilə paylaş: |