209) Məhkəmə-tibbi meyitxanada hansı jurnalın olması mütləq sayılmır?
A) Sənədlərin və giymətli əşyaların qeydliyyatı jurnalı
B) Meyitlərə qulluğun növlərini göstərən jurnal
C) Meyitlərin qeydiyyatı jurnalı
D) Paltarların, maddi sübutların və digər əşyaların qeydiyyatı jurnalı
E) Meyitlərin təhvil verilməsi jurnalı
Ədəbiyyat: Səhiyyə Nazirliyinin 8 fevral 1999-cü il tarixli 9 nömrəli “Məhkəmə-tibbi ekspertizalarının təşkili və keçirilməsi qaydaları haqqında” Əsasnaməsi
210) Məhkəmə-tibbi meyitxanada jurnallarda müvafiq qeydiyyatın aparılmasına görə məsul şəxs kimdir?
A) Gecə növbətçisi
B) Tibb qeydiyyatçısı
C) Sanitar
D) Tibb bacısı
E) Laborant
Ədəbiyyat: Səhiyyə Nazirliyinin 8 fevral 1999-cü il tarixli 9 nömrəli “Məhkəmə-tibbi ekspertizalarının təşkili və keçirilməsi qaydaları haqqında” Əsasnaməsi
211) Azərbaycanın məhkəmə təbabəti tarixində ən çox dərsliklər, ədəbiyyatlar, metodik tövsiyələr, normativ sənədlər neçənci illərdə hazırlanmış və onların müəllifi kimdir?
A) 1974 – 2002-ci illərdə R.M.Yusifli
B) 1967 – 1995-ci illərdə Ə.R.Atakişiyev
C) 1955 – 1970-ci illərdə Ə.Ə.Sultanov
D) 1988 – 2010-cu illərdə Ş.M.Musayev
E) 1979 – 2006-cı illərdə Ş.A.Səlimxanov
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
212) Azərbaycanda məhkəmə-tibbi xidmətin təşkili və keçirilməsinə dair normativ hüquqi sənədlərin – “Əsasnamə, Təlimat və Qaydalar”ın hazırlanmasına kim müəlliflik və rəhbərlik etmişdir?
A) Ş.A.Səlimxanov
B) İ.T.İsayev
C) Ş.M.Musayev
D) A.R.Atakişiyev
E) R.M.Yusifli
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
213) Azərbaycanda vahid Beynəlxalq kriminalistik laboratoriyaların siyahısına daxil edilmiş “Tüklərin problem laboratoriyası”nın yaradıcısı və rəhbəri kim olmuşdur?
A) Ə.R.Atakişiyev
B) Ş.M.Musayev
C) Ə.Ə.Sultanov
D) R.M.Yusifli
E) Ş.A.Səlimxanov
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
Dostları ilə paylaş: |