552) Sürücü və sərnişin avtomobilin idarəsində hansı şəraitdə zədə almır?
A) Avtomobilin başqa avtomobil ilə toqquşması zamanı
B) Avtomobilin hərəkət etməyən sədlərlə toqquşması zamanı
C) Avtomobilin çevrilməsi zamanı
D) Avtomobilin ani vaxtda yerindən sürətli hərəkəti zamanı
E) Avtomobilin hər hansı bir digər nəqliyyat vasitəsi ilə toqquşmadan tədricən dayanması zamanı
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
553) Avtomobilin frontal toqquşması zamanı sürücünün bədəninin ətalətlə yerdəyişməsi hansı istiqamətdə olur?
A) Arxaya
B) İrəliyə doğru
C) Olmur
D) Sağa
E) Sola
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
554) Avtomobilin sağ yan tərəfi ilə toqquşması zamanı salonda sürücünün bədəninin ətalətlə yerdəyişməsi hansı istiqamətdə baş verir?
A) Olmur
B) Yuxarıya
C) Arxaya
D) Sağa doğru
E) İrəli
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
555) Avtomobilin sol yan tərəfi ilə toqquşması zamanı salonda sürücünün bədəninin ətalətlə yerdəyişməsi hansı istiqamətdə baş verir?
A) Yuxarıya
B) Qabağa
C) Arxaya
D) Sola doğru
E) Olmur
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
556) Dayanmış avtomobilin arxa tərəfdən hərəkətdə olan digər nəqliyyat vasitəsi ilə vurulması zamanı avtomobilin salonunda sürücünün bədəninin ətalətlə yerdəyişməsi hansı istiqamətdə baş verir?
A) Sağa
B) Arxaya doğru
C) Qabağa
D) Sola
E) Olmur
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
Dostları ilə paylaş: |