559) Dəmiryol nəqliyyatının təkərinin bədən üzərindən keçməsi zamanı hansı hissənin təsirindən xəsarət əmələ gəlmir?
A) Relsin başcığının
B) Təkərin yan hissəsinin
C) Təkərin kənarındakı çıxıntının
D) Relsləri şpallara birləşdirən digər detalların
E) Təkərin hərəkət edən hissəsinin
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
560) Dəmiryolu nəqliyyat vasitəsinin insan üzərindən keçməsi nəticəsində dəridə hansı xarakterik zədələr əmələ gəlir?
A) Deşilmiş yaralar
B) Dərinin sıxılma və sıyrılma zolaqları
C) Kəsilimiş yaralar
D) Deşilmiş-kəsilmiş yaralar
E) Cızıqlar
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
561) Ekipaj üzvləri hava gəmisini yanacağın olmamasından uçuş vaxtı tərk edən zaman hansı səbəbdən zədələr əmələ gəlmir?
A) Katapult qurğusu ilə yerə zərbə ilə enmədən
B) Paraşütlə ehtiyatsız tullanmadan
C) Təyyarədən yıxılmadan
D) Yanğınla əlaqədar alovun təsirindən
E) Təyyarədən tullanmadan
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
562) Aviasiya qəzası zamanı hadisə yerinə baxışda iştirak edən məhkəmə - tibb ekspertinin vəzifəsinə daxil deyil?
A) Travmaların əmələ gəlmə mexanizmlərini təyin etmək
B) İstintaq orqanlarına metodik kömək
C) Meyitə və onun geyim əşyalarına baxış keçirmək
D) Meyitləri və onların hissələrini yerbəyer etməkdə istintaq işçilərinə kömək etmək
E) İstintaq orqanlarına maddi sübutların toplanmasında və götürülməsində kömək etmək
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
Dostları ilə paylaş: |