Məhkəmə-tibbi ekspertiza ixtisası üzrə nümunəvi test sualları


) Hündürlükdən pəncə üzərinə yıxılma zamanı hansı nahiyədə konstruksion zədələr əmələ gəlir?



Yüklə 1,48 Mb.
səhifə184/387
tarix28.12.2021
ölçüsü1,48 Mb.
#13970
1   ...   180   181   182   183   184   185   186   187   ...   387
581) Hündürlükdən pəncə üzərinə yıxılma zamanı hansı nahiyədə konstruksion zədələr əmələ gəlir?

A) Yalnız döş sümüyündə

B) Kəllə sümüyünün tikişlərində

C) Kəllə tağında

D) Budda, baldırda və çanaqda

E) Yalnız qarın nahiyyəsində


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
582) Hündürlükdən diz üzərinə yıxılma zamanı hansı nahiyədə yayılmış zədələr əmələ gəlir?

A) Ağız boşluğunda

B) Kəllə tağında

C) Baldırda

D) Kəllə əsasında

E) Dizdə, budda, baldırda, çanaqda


Ədəbiyyat: Шакир Мусаев, В.Л.Попов . Судебная медицина. Санкт-Петербург. 2009.

583) Hündürlükdən yıxılma zamanı pəncə üzərinə düşdükdən sonra ətalət əsasında bədən əsasən hansı istiqamətdə yerini dəyişir?

A) Arxaya doğru

B) Dəyişmir

C) Yanlara

D) Aşağı

E) Yuxarı


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

584) Hündürlükdən yıxılma zamanı diz üzərinə düşdükdən sonra ətalət əsasında bədən hansı istiqamətdə yerini dəyişir?

A) Yuxarı

B) Aşağı

C) Yerini dəyişmir

D) İrəliyə doğru

E) Yanlara


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

585) Hündürlükdən yıxılma zamanı sağrı üzərinə düşdükdən sonra ətalət əsasında bədən hansı istiqamətdə yerini dəyişir?

A) İrəli

B) Yuxarı

C) Yerini dəyişmir

D) Aşağı

E) Arxaya doğru


Ədəbiyyat: Шакир Мусаев, В.Л.Попов. Судебная медицина. Санкт-Петербург. 2009.
586) Hündürlükdən yıxılma zamanı pəncə üzərində düşdükdən sonra bədənin irəliyə doğru yerdəyişməsi nəticəsində ikincili lokal zədələr hansı nahiyədə əmələ gəlir?

A) Kəllə əsasında

B) Çiynin önündə

C) Dizlərdə, əl və döş qəfəsində

D) Sağrılarda

E) Ənsə nahiyəsində


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

587) Hündürlükdən yıxılma zamanı başı üstə düşdükdən sonra bədənin arxaya doğru yerdəyişməsi nəticəsində ikincili lokal zədələr hansı nahiyədə əmələ gəlir?

A) Kürək, bel və sağrılarda

B) Başda

C) Diz oynağında

D) Sifətdə

E) Döş qəfəsində


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
588) Hündürlükdən yıxılma zamanı başı üstə düşdükdən sonra bədənin ətalətlə irəliyə doğru yerdəyişməsi nəticəsində ikincili lokal zədələr hansı nahiyədə əmələ gəlir?

A) Ənsə nahiyəsində

B) Onurğa sütununda

C) Əl-daraq sümükləri, döş və qarın nahiyələrində

D) Kəllə tağında

E) Beldə


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
589) Hündürlükdən başı üstə yıxılma zamanı hansı nahiyədə konstruksion zədələr əmələ gəlir?

A) Diz oynağında

B) Pəncələrdə

C) Kəllə əsası, döş və qarında

D) Əl-daraq sümüklərində

E) Təyin edilmir


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
590) Hündürlükdən sağrı üstə yıxılma zamanı hansı nahiyədə yayılmış zədələr əmələ gəlir?

A) Pəncələrdə

B) Budlarda

C) Döş, qarın və çanaqda

D) Daraq sümüklərində

E) Əl barmaqlarında


Ədəbiyyat: Шакир Мусаев, В.Л.Попов. Судебная медицина. Санкт-Петербург. 2009.
591) Hündürlükdən yıxılma zamanı sağrı üstə düşdükdən sonra bədənin ətalət əsasında sağa doğru yerdəyişməsi nəticəsində ikincili yerli zədələr hansı nahiyədə əmələ gəlir?

A) Sol budun ön-iç səthində

B) Çanağın sol bayır səthində

C) Başın sol tərəfində

D) Döşün sol bayır səthində

E) Sağ yuxarı ətrafın və sağrının bayır tərəfində


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   387




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin