639) İldırım təsiri zamanı dəridə hansı makroskopik dəyişiklik yaranır?
A) Dəri yumşalır
B) Dəri al-qırmızı rəng alır
C) Dəri göyümtül-bənövşəyi rəng alır
D) Dəri maserasiyaya uğrayır
E) Dəridə “ildırım fiquru” əmələ gəlir
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
640) İnsanın üzvlərindən keçən hansı elektrik cərəyanı yolu daha təhlükəli sayılır?
A) Ağciyər, qaraciyər
B) Baş, baş beyin, ürək və sağ ayaq
C) Onurğa beyni
D) Dalaq və sol böyrək
E) Ürək, ağciyər
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
641) Elektrik cərəyanının orqanizmə uzun müddətli təsiri nəticəsində ölümün baş vermə ehtimalının artması nə ilə bağlıdır?
A) Bədənin quru olması ilə
B) Onurğa beynin elektrik cərəyanına həssas olması ilə
C) Dəridəki dəyişikliklərlə
D) Elektrik cərəyanının ürəkdən keçərkən onun ritminin pozulması ilə
E) Elektrik cərəyanının ağ ciyərdən keçməsi ilə
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
642) Elektrikvurma zamanı naqillə bədənin kontakt sahəsi arasında hansı asılılıq vardır?
A) Naqilin en kəsiyi böyük olduqda daha güclü təsir edir
B) Kontakt sahəsi kiçik olduqda cərəyan güclü təsir edir
C) Naqillə bədənin kontakt sahəsi böyük olduqda cərəyan güclü təsir edir
D) Bunun əhəmiyyəti yoxdur
E) Naqildə izolyasiya olmadıqda daha güclü təsir edir
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
Dostları ilə paylaş: |