650) İldırım vurma zamanı paltarlarda hansı dəyişiklər baş verir?
A) Dəyişiklik olmur
B) Paltarların təmizlənməsi
C) Rəngin dəyişməsi
D) Təsir etmir
E) Paltarların cırılması, cırılmaların kənarlarının ütülməsi və yanması
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
651) Dəridə “elektrik nişanəsi”-ndə metallaşdırmanı hansı metodla təyin etmək olar?
A) Biokimyəvi
B) Ultra səs müayinəsi
C) Bioloji
D) Adi gözlə
E) Kontakt-diffuz elektroqrafik
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
652) Dəridə “elektrik nişanəsi”-nin makroskopik müayinə metodu hansıdır?
A) Ultrasəs müayinəsi
B) Elektron mikroskopiya
C) UF mikroskopiya
D) Rəngli üz çıxarma (əksalma üsulu)
E) Kompyuter tomoqrafiya
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
653) Elektrikvurma zamanı meyitin üzv və toxumalarında hansı makroskopik dəyişiklik aşkar edilə bilər?
A) Öd kisəsinin büzüşməsi
B) Ürəyin azqanlı olması
C) Ağ ciyərlərin iltihabı
D) Qara ciyərin piy distrofiyası
E) Ürək, ağ ciyər və digər parenximatoz üzvlərin seroz qişaları altına qansızmalar
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
654) Elektrikvurma zamanı meyitin üzv və toxumalarında hansı makroskopik dəyişiklik aşkar edilə bilər?
A) Öd kisəsinin büzüşməsi
B) Tez baş vermiş asfiktik ölüm əlamətləri
C) Ağciyərlərin iltihabı
D) Daxili üzvlərin azqanlılığı
E) Qaraciyərin piy distrofiyası
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
655) Atmosfer elektrikvurmasından (ildırım vurma) sonra hadisə yerində nə müşahidə olunur?
A) Yer səthinin quru olması
B) Yer səthinin çatlaması
C) Yer səthinin hamar olması
D) Qırılmış və yanmış ağacın hissələri
E) Kökündən çıxmış yaşıl yarpaqlı ağac
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
Dostları ilə paylaş: |