795) Aşağıdakı əlamətlərdən hansı əllə boğmada müşahidə olunur?
A) Boyunda üfuqi yerləşmiş, qapanan stranqulyasiya şırımının olması
B) Boyunda qapanmayan stranqulyasiya şırımının olması
C) Boyunun dərisində sıyrıq və qançırların olması, dilaltı sümüyün və qırtlaq qığırdaqlarının sınması
D) Qabırğaların iki tərəfli sınıqları
E) Udlağın girəcəyində tənəffüs etməyə mane olan yad cismin aşkar edilməsi
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
796) Asfiksiyalarda ürək boşluqlarının qanla dolması necə olur?
A) Ürəyin sağ yarısındakı qanın miqdarı sol yarısındakından kifayət qədər çox olur
B) Ürəyin sol yarısındakı qanın miqdarı çox olur
C) Ürəyin sağ və sol yarısında bərabər miqdarda qan olur
D) Ürəyin boşluqlarında qan aşkar edilmir
E) Ürəyin boşluqlarında az miqdarda qan aşkar edilir
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
797) Mexaniki asfiksiyanın hansı növündə «ekximatik maska» müşahidə edilir?
A) Kompression (sıxılmadan) asfiksiyada
B) Obturasion boğulmada
C) Suda batmada
D) Asılmada
E) Əllə boğmada
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
798) Stranqulyasion asfiksiyalarda ürəyin epikard qişasının və visseral plevranın altında bir qayda olaraq hansı xarakterli qansızmalar olur?
A) Yayılmış qansızmalar
B) Hüdudları aydın seçilməyən zolaqvari qansızmalar
C) Qansızma aşkar edilmir
D) Diametri 2-3 mm-ə qədər olan tünd-qırmızı rəngli xırda və iri nöqtəşəkilli qansızmalar
E) İriləkəli qansızmalar
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
799) Mexaniki asfiksiya zamanı ürəyin boşluqlarında və iri damarlarda qan hansı vəziyyətdə olur?
A) Tünd-qırmızı rəngli, duru qan halında
B) Laxtalar qarışığı halında
C) Al-qırmızı rəngli laxta qan halında
D) Yalnız qırmızı laxtalar halında
E) Ağ və qırmızı laxtalar halında
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
800) Mexaniki asfiksiyanın hansı növündə ağ ciyərlərin «karmin» ödemi müşahidə edilir?
A) Obturasion asfiksiyada
B) Əllə boğmada
C) Kompression (sıxılmadan) asfiksiyada
D) Stranqulyasion asfiksiyada
E) Suda batmada
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
Dostları ilə paylaş: |