Məhkəmə-tibbi ekspertiza ixtisası üzrə nümunəvi test sualları


) Larşe ləkəsi nə vaxt əmələ gəlir?



Yüklə 1,48 Mb.
səhifə88/387
tarix28.12.2021
ölçüsü1,48 Mb.
#13970
1   ...   84   85   86   87   88   89   90   91   ...   387
250) Larşe ləkəsi nə vaxt əmələ gəlir?

A) Ölümdən 24-36 saat sonra

B) Ölümdən 4-5 saat sonra

C) Ölümdən 15-20 saat sonra

D) Ölümdən 10-12 saat sonra

E) Ölümdən 24 saat sonra


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

251) Çürümə prosesinə səbəb nədir?

A) Xəstəlik

B) Mikroorqanizmlər

C) Fermentlər

D) Doluqanlılıq

E) Azqanlılıq


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
252) Çürümədə dəri örtüklərinə yaşıl rəng verən nədir?

A) Oksihemoqlobin

B) Sulfhemoqlobin

C) Methemoqlobin

D) Biliverdin

E) Bilirubin


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
253) Meyit yaşılı ilk olaraq bədənin hansı nahiyəsində yaranır?

A) Ətraflarda

B) Üzdə

C) Boyunda

D) Qarında

E) Beldə
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.



254) Əllə boğmadan baş verən ölümlərdə meyitin müayinəsində hansı əlamət aşkar olunmur?

A) Göz qapaqlarının selikli qişasında qansızmalar

B) Üzün sianozu və şişkinliyi

C) Dilin ucunun dişlər arasında sıxılması və zədələnməsi

D) Üzün dərisində ekximatozların olması

E) Ürək boşluqlarındakı qanın maye halında olması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

255) Əllə boğmadan baş verən ölümlərdə meyitin xarici müayinəsində hansı əlamət aşkar olunur?

A) Meyit ləkələrinin bozumtul-qəhvəyi rəngdə olması

B) Kruşevski əlaməti

C) Boyunun dərisində oval və dairə formalı qançırların, aypara formalı sıyrıqların olması

D) Meyitin dəri örtüyünün «qaz dərisi»ni xatırlaması

E) Meyit ləkələrinin çəhrayı rəngdə olması


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

256) Asılmadan baş verən ölüm zamanı protokolda aşağıdakılardan hansının təsvir olunmaması əhəmiyyət kəsb etmir?

A) Dilin ucunun ağızdan bayıra çıxması

B) Gözdə nöqtəvari qansızmaların olması

C) Üzün şişkin olub-olmaması

D) Meyit ləkələrinin lokalizasiyası

E) Gözlərin göz qapaqları ilə tam və ya qismən örtülüb-örtülməməsi


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
257) Bağ aparatı və qığırdaqların çürüyüb-dağılmaqla yaşlı insanların meyitinin tam skeletləşməsi adi şəraitdə hansı müddətə baş verir?

A) 3-4 aya qədər

B) 10-15 günə qədər

C) 1-2 aya qədər

D) 5 ildən sonra

E) 6-12 aya qədər


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
258) Hadisə yerində meyitin boynundakı ilgək təsvir olunarkən nəyə əhəmiyyət verilmir?

A) İlgəyin materialına

B) İlgəyin çirklənməsinə

C) İlgəyin lokalizasiyasına

D) İlgəyin qatlarına

E) Meyitin irqinə, cinsinə və yaşına


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   387




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin