Məhkəmə-tibbi ekspertiza ixtisası üzrə nümunəvi test sualları


) Meyitin aşkar olunduğu yerdə mütəxəssis qismində iştirak edən məhkəmə-tibbi ekspertinin əsas işi nədən ibarətdir?



Yüklə 1,48 Mb.
səhifə91/387
tarix28.12.2021
ölçüsü1,48 Mb.
#13970
1   ...   87   88   89   90   91   92   93   94   ...   387
264) Meyitin aşkar olunduğu yerdə mütəxəssis qismində iştirak edən məhkəmə-tibbi ekspertinin əsas işi nədən ibarətdir?

A) Hadisə yerinin qorunub-saxlanılmasından

B) Meyitə baxış keçirməkdən və baxışın nəticələrini protokol tərtib edən müstəntiqə deyib yazdırmaqdan

C) Hadisənin şahidi olmuş şəxsləri müəyyən etməkdən

D) Hadisə yerinə baxış protokolunun tərtib olunmasından

E) Rayon prokurorunun şifahi göstərişlərini yerinə yetirməkdən


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

265) Hadisə yerində mütəxəssis qismində iştirak edən məhkəmə-tibb eksperti zərərçəkmişdə ölümün həqiqi əlamətləri aşkar olunmadıqda nə etməlidir?

A) Ölümün həqiqi əlamətlərinin inkişaf etməsini gözləməlidir

B) Müstəntiqin göstərişlərini yerinə yetirməlidir

C) Meyitə baxışı davam etdirməlidir

D) Zərərçəkmişə təcili tibbi yardım göstərməli və «Təcili tibbi yardım» çağrılmasının zərurətini müstəntiqə bildirməlidir

E) Zərərçəkmişin qohumlarına xəbər verməlidir


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

266) Hadisə yerində mütəxəssis qismində iştirak edən məhkəmə-tibb eksperti zərərçəkmişdə ölümün həqiqi əlamətləri aşkar olunmadıqda hansı tədbirləri görməlidir?

A) Hadisə yerinin müayinə protokolunun tərtib olunmasında müstəntiqə kömək etməlidir

B) Televiziya işçilərinin hadisə yerinə gələrək,çəkiliş aparmalarına icazə verməlidir

C) Ölümün həqiqi əlamətlərinin inkişaf etməsini gözləməlidir

D) Orqanizmin az da qalmış həyati vacib funksiyalarının bərpa olunması üçün şəxsən tədbirlər görməlidir

E) Zərərçəkənin işlədiyi müəssisənin əməkdaşlarına bu barədə məlumat verməlidir


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.

267) Hadisə yerində mütəxəssis qismində iştirak edən məhkəmə-tibb eksperti meyitə baxış keçirərkən onun paltarları ilə nə etməlidir?

A) Lazım olduqda paltarları və ayaqqabıları kəsib meyitə tam baxış keçirməli və bu barədə protokolda müvafiq qeydlər etməlidir

B) Paltarları soyundurub təmizlədikdən sonra, qablaşdırılmış şəkildə məhkəməyə təqdim etməlidir

C) Paltarlar çirklənmişdirsə onları soyundurub, yuyulmasını təmin etməlidir

D) Paltarları soyundurub qablaşdırdıqdan sonra müstəntiqə təhvil verməlidir

E) Paltarları soyundurub mərhumun iş yoldaşlarına təhvil verməlidir


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
268) Hadisə yerində meyitə baxışda aşağıdakılardan hansı onun mərhələlərindən biri hesab olunur?

A) Başlanğıc mərhələ

B) Gözləmə mərhələsi

C) Dinamik mərhələ

D) Aralıq mərhələ

E) Son mərhələ


Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   387




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin