269) Aşağıdakılardan hansı hadisə yerində meyitə baxışın mərhələsi hesab olunur?
A) Məlumatların qiymətləndirilməsi mərhələsi
B) Hadisə yerinə ümumi baxış mərhələsi
C) Statik mərhələ
D) Son mərhələ
E) Aralıq mərhələ
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
270) Partlayış nəticəsində həlak olmuş şəxsin meyitinə və paltarlarına hadisə yerində baxış keçirərkən aşağıdakılardan nələr aşkar olunmur?
A) Partlamış mərminin qəlpələri
B) Meyitin hissələrə parçalanması
C) Partlayıcı qurğunun hissələri
D) Barıt dənəcikləri
E) Çoxsaylı qəlpə yaraları
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
271) Hadisə yerində ölümün baş verməsini təsdiq etmək üçün hansı əlamətlərdən istifadə olunur?
A) Ölümün həqiqi mütləq əlamətlərindən
B) Hadisəni müşahidə etmiş şəxslərin həyəcanlı olmasından
C) Havanın günəşli yaxud tutqun olmasından
D) Zərərçəkmişin hadisə yerinə gələn qohumlarının təşviş içərisində olmasından
E) İstiqamətverici əlamətlərdən
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
Dostları ilə paylaş: |