279) Hadisə yerində ölümün baş vermə müddətinin təyini üçün hansı üsullardan istifadə olunmur?
A) Meyitin bədən hərarətinin fasilələrlə dəfələrlə ölçülməsindən
B) Hadisənin şahidi olmuş şəxslərin hadisə yerinə dəvət edilərək, onların ifadələrinin alınmasından
C) Meyit ləkələrinin və meyit qacımasının müayinəsindən
D) Eninə zolaqlı əzələlərin mexaniki təsirə reaksiyasından
E) Beloqlazov əlamətindən
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
280) Yol-nəqliyyat hadisəsi nəticəsində həlak olmuş şəxsin meyitinə hadisə yerində baxış keçirən həkim-mütəxəssis nələri yazıb təsbit etməlidir?
A) Hadisə yerindəki nəqliyyat vasitələrinin qarşılıqlı vəziyyətini
B) Tormoz izlərinin intensivliyini
C) Tormoz izlərinin uzunluğunu və formasını
D) Avtomobillə piyadanın toqquşduğu güman olunan yeri
E) Avtomobilə və onun izlərinə, yolun hissələrinə və ətrafdakı tərpənməz əşyalara münasibətdə meyitin vəziyyətini
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
281) Yol-nəqliyyat hadisəsi nəticəsində həlak olmuş şəxsin meyitinə hadisə yerində baxış keçirən həkim-mütəxəssis nələri yazıb təsbit etməlidir?
A) Nəqliyyat vasitəsinin səthindəki deformasiyaların xarakterini
B) Yol örtüyünün səthində yağ izlərinin olub-olmamasını
C) Hadisə yerindəki nəqliyyat vasitələrinin qarşılıqlı vəziyyətini
D) Maddi sübutların (qan,paltar hissələri, baş beyin toxumasının hissələri və s) tapıldığı yerləri
E) Tormoz izlərinin uzunluğunu və formasını
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
282) Avtomobilin piyada ilə toqquşması zamanı yol-nəqliyyat hadisəsi yerində hansı izlər və maddi sübutlar tapıla bilər?
A) Altında sürüşmə izləri olan ayaqqabılar
B) Yolun asfalt örtüyünün dağılması
C) Avtomobilin faralarının izi
D) Avtomobilin radiatorunun izi
E) Avtomobilin alt səthinin izi
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
283) Yol-nəqliyyat hadisəsi yerindən laborator məhkəmə-tibbi bioloji müayinə üçün nəyin götürülməsi istintaqa kömək edə bilər?
A) Avtomobilin boyasının hissələrinin
B) Şüşə qırıqlarının
C) Qan ləkələrinin
D) Avtomobilin ön təkərlərinin
E) Avtomobilin arxa təkərlərinin
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
284) Yol-nəqliyyat hadisəsi yerindən laborator məhkəmə-tibbi müayinə üçün nəyin götürülməsi məqsədəuyğundur?
A) Avtomobilin hissələrinin səthində olan daxili orqan hissəciklərinin
B) Avtomobilin ön təkərlərinin
C) Avtomobilin ön buferinin
D) Yol örtüyündə olan şüşə qırıqlarının
E) Avtomobilin arxa təkərlərinin
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
285) Avtomobilin piyadanı vurması zamanı həlak olmuş şəxsin paltarlarında avtomobilə xas nə aşkar oluna bilər?
A) Daxili orqan hissəcikləri
B) Avtomobil boyasının hissəcikləri
C) Qan ləkələri
D) Tük
E) Avtomobilin tormoz izləri
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
286) Avtomobilin piyadanı vurması zamanı həlak olmuş şəxsin bədənində xarakterik iz olaraq nə aşkar oluna bilər?
A) Sürtgü yağları
B) Faraların əksi olan izlər
C) Digər ləkələr
D) Tormoz izləri
E) Belə iz yoxdur
Ədəbiyyat: Şakir Musayev. Məhkəmə təbabəti. Bakı, 2006.
Dostları ilə paylaş: |