Mehman Ağayev, Sultan Əliyev ÄÈÀËÈÇ Bakı – 2010



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə16/34
tarix29.12.2016
ölçüsü9,15 Mb.
#3870
1   ...   12   13   14   15   16   17   18   19   ...   34

Mikroelementlər.

 Dializ pasientlərində mikroelementlərin qə-

bulu və metabolizmi az öyrənilmişdir.

Bəzən müəyyən mikroelementin qan zərdabında səviyyəsinin 

aşağı olmasına baxmayaraq toxumalarda onun səviyyəsi normal və 

ya yüksək olur. Ona görə mikroelementlərin dializ xəstələrinə təyin 

olunmasına tövsiyə vermək çox çətindir.    

Qan zərdabında fermentlər. 

TXBÇ pasientlərində qan zər-

dabında  əksər fermentlərin qatılığı normadan kənara çıxa bilər 

(cədvəl 7.6). 

                                                                                                          

                                                                                             



196

Dializ

                                                    Cədvəl 7.6



Dializ pasientlərində qan zərdabında fermentlər

Ferment


Qan zərdabındakı səviyyəsi

KFK


Artım 10-15% 

KFK-MM


Artım 40 % qədər

KFK-MB


Artım 3-30 % qədər

Kardial troponin T

Artım 71 % qədər

Kardial troponin I

Artım 9 % qədər

LDQ


Artım ~ 35 %

AST


Azalma 10-90 %

Qələvi fosfataza:

       Ümumi

       Bağırsaq izoenzimi

       Sümük izoenzimi

Artım ~ 50 %

Artım ~ 50 %

Artım ~ 50 %

Qlutamin transpeptidaza

Artım 10-15 % qədər

Amilaza

Artım ~ 50 %



Lipaza

Artım ~ 50 %

Tripsin (tripsinogen)

Artım 100 %  qədər

Elastaza

Artım 43 % qədər

Fosfolipaza A

2

Artım 100 % qədər



         

Qidalanma  çatışmazlığı olan xəstələrdə qida əlavələri

Pəhriz məsləhətləri:

•  Dializ mərkəzlərində dietoloqun olması məsləhətdir;

•  Məqsəd yüksək zülal/yüksək enerji pəhrizi olmalıdır.

Daxilə qida əlavələri:

•  Qida qəbulu zəif olduqda təyin edilir;

•  Zülal və enerji istifadəsinə tolerant olduqda;

•  Qida qəbulu mümkün olmadıqda, dad pozğunluğunda.



197

Fəsil 7. Dializ xəstələrin problemləri

Enteral qidalanma:

•  Qida və mayenin oral qəbulu mümkün olmadıqda;

•  Dializ zamanı paradialitik qidalanma yaxud tərkibində 

aminturşular  olan dializat HD və PD istifadə olunur.

Parenteral qidalanma:

•  MBT funksiyasının pozğunluğu olduqda tətbiq edilir.

Metabolik sindrom.

 Dializ xəstələrində  bəzən metabolik sin-

drom müşahidə edilir. Amerika Ürək Assosiasiyası/Milli Ürək, 

Ağciyər və Qan İnstitutunun (American Heart Association/National 

Heart, Lang, and Blood Institute) tövsiyəsinə görə (2005) aşağıda 

qeyd olunan 5 kriteriyadan 3-ü müşahidə olunduğu pasientlərdə 

metabolik sindromun olması təsdiq edilir:

•  Qarın piylənməsi: belin dairəsinin uzunluğu kişilərdə >102 

sm, qadınlarda  >88 sm;

•  Hipertriqliseridemiya: acqarına qanda triqliseridlərin səviy-

yəsi >150 mq/dl (1,7 mmol/l);

•  Yüksək sıxlıqlı lipoproteidlərin səviyyəsinin enməsi <40 

mq|dl (1,0 mmol/l) kişilərdə, 50 mq/dl (1,3 mmol/l) qadınlarda;

•  Qan təzyiqi yüksəlir: >130/85 mm Hg yaxud antihipertenziv 

dərman qəbulu;

•  Acqarına venoz qanda qlükozanın səviyyəsinin yüksəlməsi 

>100 mg/dl (5,6 mmol/l), yaxud antidiabetik preparatlarla müalicə 

(NDT, 2007, v.22, pp.118-127).

Metabolik sindrom müşahidə edilən dializ xəstələrinin  əlavə 

xüsusi müşahidə  və müalicə  tədbirlərinin görülməsinə ehtiyacları 

olur. 

7.3.  Şəkərli diabet

Dializə daxil olan yeni xəstələrin təxminən 35%-ində XBÇ-nin 

səbəbi şəkərli diabet (ŞD) olur . Bu xəstələrin dializ müalicəsində 

xəstələnmə  və ölüm faizi başqa dializ pasientlərinə nisbətən 

yüksəkdir. Başqa xəstəliklər nəticəsində baş verən XBÇ xəstələrində 


198

Dializ

dializ müalicəsi kreatinin klirensi 9–14 ml/dəq-dən aşağı düşdükdə 

başlayırsa, şəkərli diabetdə bu göstərici 15 ml/dəq və ondan yüksək 

olanda başlayır. Bunun bir neçə səbəbi vardır:

– böyrək funksiyasının zəifl əməsi sürəti yüksək olur;

– hipertenziya və  retinopatiya kreatinin klirensi 15 ml/dəq-dən 

aşağı düşdükdə pis nəzarət olunur;

– uremik əlamətlər diabetiklərdə daha tez aşkar olunur.

Hər hansı bir dializ metodunun seçilməsi problem olaraq qalır. 

Periton dializi şəkərin nəzarətə alınmasını  çətinləşdirir, çünki 

dializ məhlulu ilə  bədənə böyük miqdar şəkər daxil olur. Qarın 

boşluğundan qana daxil olan şəkər iştahı küsdürür. Xəstələrin 

əksəriyyəti gündəlik lazım olan yeməkləri çətinliklə  qəbul edirlər. 

Bundan başqa, PD-də hipoqlikemiya epizodları HD-yə nisbətən 

az müşahidə olunur. İnfeksion ağırlaşmalarda (peritonit, giriş 

dəliyin və kateterin tunelinin infeksiyası) müşahidə olunur. Diabet 

zamanı müşahidə edilən qan damarlarının zədələnmələri HD damar 

yolunun yaradılmasını  çətinləşdirir. Diabet zamanı AV fi stula  və 

protezlərin fəaliyyət dövrü də qısalır. Vegetativ sinir sisteminin və 

ürəyin diastolik disfunksiyası diabetli xəstələrdə dializ gedişində 

hipotenziya epizodlarını müntəzəmləşdirir (cədvəl 7.7).

Pəhriz.

 Dializin növündən asılı olmayaraq diabet xəstələrində 

qidalanma çatışmazlığı müşahidə edilir. Bunun səbəbləri qida 

məhsullarının az qəbul edilməsi, diabetik qastroparez və enteropatiya, 

katabolik stres, müntəzəm interkurrent xəstəliklərdir. Odur ki, diabet 

ilə olan xəstələrin qida əlavələri və parenteral qidalanmaya ehtiyacı 

olur. Dializ xəstələri üçün olan pəhriz diabetli xəstələrə  də aiddir. 

Anuriya ilə olan xəstələr Na, K və suyu da məhdudlaşdırmalıdırlar. 

Lipidlərin səviyyəsini pəhrizin köməyi ilə normallaşdırmaq mümkün 

olmadıqda lipolitik preparatlar qəbul olunur. Qida çatışmazlığı 

olduqda aminturşu məhlulları istifadə  olunur.                                                                                 


199

Fəsil 7. Dializ xəstələrin problemləri

Cədvəl 7.7

Diabet zamanı dializin növləri

Növləri


Üstünlüyü

Çatışmazlığı

Hemodializ

Yüksək effektivdir

Ürək patologiyası olanlar 

üçün yüksək risk

Həkimlər tərəfi ndən 

mərkəzdə müşahidə

Damar yoluna lüzum; 

qolda işemiya riski

Dializatda zülal itirilmir

Dializ zamanı hipotoniya 

riski

Ətraf amputasiyaları az olur Dializönü 



hiperkaliyemiya

Hipokaliyemiyaya 

meyllik

Daimi 


ambulator 

PD

Ürək-damar stabilliyi



Damar yolu lazım olmur

Peritonitlər, infeksiyalar 

tezliyi diabetsiz xəstələr 

kimi


Qanda K yaxşı nəzarət 

olunur


Qanda şəkər yaxşı 

nəzarət edilir, xüsusən 

də peritondaxili insulin 

vurulanda, hipokaliyemiya 

yüngül olur

Dializatla zülal itir

Qarındaxili təzyiq artır 

(yırtıqlar, mayenin 

yığılması)

Müalicə çox sadədir



Diabetik qastroparez və enteropatiya.

 Diabetik qastroparez 

nəticəsində qida qəbulunun azalması, qida maddələrinin ab-

sorbsiyasının pozulması nəticəsində hiperqlikemiya ilə əvəz olunan 

hipoqlikemiya müşahidə edilir. Tez-tez, kiçik porsiyalarla qida 

qəbulu vəziyyəti nizamlaya bilər. Dərman müalicəsinin köməyi 

olmur, o cümlədən cisaprid istifadə etmək məsləhət deyil. Kiçik 

doza metoklopramid (5 mq gündə 2 dəfə) istifadə olunur, yüksək 

dozada istifadə edildikdə ekstrapiramid dəyişikliklər baş verə bilər. 

Başqa ”prokinetik” dərmanlar, məsələn, domperidon və ya motilin 



200

Dializ

antaqonistlərinin istifadə olunması məsləhətdir. Diareya ilə müşayiət 

olunan diabetik enteropatiya qidanın pis mənimsənilməsinə, 

arıqlamaya və hipoqlikemiyaya səbəb olur. Aydın təzahür edən 

enteropatiyada geniş təsirə malik antimikrob preparatlardan istifadə 

oluna bilər (məs. doksisiklin 50–100 mq/gün). Yoğun bağırsağın 

motorikasını azaltmaq üçün loperamid hidroxlorid 10 mq/gün 

istifadə olunur.



Qanda  şəkərin nəzarət olunması.

  XBÇ zamanı diabetsiz 

xəstələrdə  də beta-hüceyrələrdə insulinin sekresiyası azalır və 

periferik toxumaların insulinə həssaslığı aşağı düşür. Digər tərəfdən 

böyrəklərdə  və digər səbəblərdən insulinin katabolizmi azalır və 

onun yarımparçalanma dövrü uzanır. Bütün bu dəyişiklikləri dializ 

müalicəsi ancaq hissəvi bərpa edir.

Diabetli dializ xəstələrinə insulinin təsiri intensiv və davamiyyətli 

olur, ona görə kiçik dozada insulin işlədilir. Adi insulinin kiçik dozada 

15 mE bolyus istifadəsi hətta ketoz olduqda belə, ağır hipoqlikemiya 

müşahidə oluna bilər. Hipoqlikemiya uzadılmış təsirli insulin–sink–

suspenziya (Lente və izofan–insulin) insulinləri yeritdikdə  də ola 

bilər. 


Hiperqlikemiyanın böyrək  çatışmazlığında kliniki mənzərəsi də 

dəyişilir. Qlükozuriya kimi ”təhlükəsizlik qapağı” olmadığı üçün 

xəstələrdə çox yüksək hiperqlikemiya müşahidə edilir, amma bu 

əlamətsiz keçir. Xəstələrdə susuzluq, bədən kütləsinin tez artması 

və  ağciyər ödemi müşahidə edilir. Bununla belə, insulindən asılı 

xəstələrdə  ağır hiperkaliyemiya və koma, diabetik ketoasidoz 

müşahidə edilir. Ketoasidozla olan hiperqlikemiya zamanı böyrək 

çatışmazlığı olmayan xəstələrin müalicəsi üçün bədənə artıq miq-

dar maye yeritmək lazım gəlir, amma dializ xəstələrində bu, əks 

göstərişdir.

Hiperqlikemiyanın müalicəsi üçün ancaq insulindən istifadə 

olunur. Bu zaman insulinin daimi kiçik dozada infuziyası (2 v/saat) 

başlanılır, hər 2–3 saatdan bir qanda qlükoza və kalium təyin edilir.


201

Fəsil 7. Dializ xəstələrin problemləri

Hipoqlikemiya insulin parçalanmasının zəifl əməsi, qida mad-

dələrinin istifadəsi və sorulmasının azalması ilə əlaqədar baş verir. 

Hipoqlikemiya riski qidalanma çatışmazlığı, qlikogen ehtiyatlarının 

tükənməsi və beta-blokator qəbul edən xəstələrdə qlikoneogenezin 

pozulmasından baş verir. Diabet xəstələrində istifadə olunan dializ 

məhlulunda 200 mq/dl qlükoza olmalıdır.

Dializ alan diabet xəstələrində acqarına  şəkərin səviyyəsi 140 

mq/dl, qida qəbulundan sonra 200 mq/dl və qlikohemoqlobininin 

səviyyəsi normanın 100–120%-dən yüksək olmamalıdır. Qlükometrlə 

qlükozanın ekspress yolla yoxlanılması ən azı gündə bir dəfə, əsasən 

isə 2–3 dəfə aparılmalıdır.

Qlikohemoqlobinin səviyyəsini təyin etdikdə nəzərə alınmalıdır 

ki, böyrək çatışmazlığı zamanı karbomilləşmiş Hb əmələ  gəlməsi 

artdığı üçün iondəyişən xromatoqrafi ya üsulu ilə bu maddələri 

ayırmaq mümkün olmur. Odur ki, XBÇ zamanı affi n xromatoqrafi ya, 

kolorometrik və immunoferment üsullarından istifadə olunmalıdır.

Hemodializdə olan xəstələrin insulin tələbatı yüksək olmur, lazımi 

doza uzunmüddətli insulini 2 dəfə yeritməklə və lazım olduqda qida 

qəbulundan sonra qısamüddətli sadə insulindən də istifadə olunur. 

Doza hər bir xəstəyə individual seçilir.

Periton dializində insulinin bir hissəsi konteynerin materialı  və 

magistrallarda absorbsiya olunduğundan periton dializi məhluluna 

sadə insulinin əlavə edilməsi ilə qlikemiyaya nəzarət edilir. Gün 

ərzində periton məhluluna qarışdırılan insulinin miqdarı gündəlik 

dərialtına yeridilən dozadan 2–3 dəfə artıq olur. Bəzi klinisistlərin 

fi krinə görə periton dializi məhluluna insulinin qarışdırılması 

peritonitlərin baş vermə tezliyini artırır və periton dializinin 

effektivliyini aşağı salır.

HX peroral şəkərsalıcı preparatlar bəzən istifadə edilir. Adətən, 

qaraciyərdə metabolizə uğrayan qısamüddətli agentlər istifadə olu nur. 

Asetoheksamid, xlorpropamid və tolazamid istifadə olunmur, çünki 

əsasən sidiklə ekskresiya olunurlar. Qliburidin xaric olunmasının 

50%-i qaraciyərdə baş verir, odur ki, hipoqlikemiya verir. Roziqli-


202

Dializ

tazon, pioqlitazon, repaqlinid, qlipizid, tolbutamid və qliclazid 

preparatlarının metabolizmi qaraciyərdə baş verdiyi üçün onlar 

dializ xəstələrinin müalicəsində istifadə oluna bilərlər. 

Sulfonureaz preparatların hipoqlikemik təsirini fenotoin, nikotin 

turşusu, sidikqovucular işlətdikdə zəifl ədir, sulfanilamid, salisilatlar, 

varfarin, etanol isə gücləndirir.

Biquanidlərdən metformin laktoasidoza səbəb olduğu üçün 

istifadə olunmur. Akarboz bağırsaq selik qişasında alfa-qlikozidazanı 

inhibisiya etdiyi üçün qida qəbulundan sonra hiperqlikemiyanın 

səviyyəsini azaldır və başqa preparatlarla kombinasiyada istifadə 

olunur.

Hiperkaliyemiya – diabet zamanı müntəzəm təsadüf olunur. 



İnsulin defi siti və ona qarşı rezistentlik aldosteron defi siti, mayenin 

hüceyrədaxili sektordan hüceyrə xaricinə keçməsi baş verir.

Arterial hipertenziyanın nəzarət edilməsi ürək-damar xəstəliklə-

rinin və görmə qabiliyyətinin qorunmasının profi laktikasıdır. AÇFİ, 

ARB ən müntəzəm istifadə olunur. Alternativ olaraq vazodilatatorlar 

və kalsium kanal blokatorları işlədilir (məs. klonidin və labetolol). 

Beta-blokatorlar istifadə olunmur, onlar hipoqlikemiyanı  aşkar 

etməyi çətinləşdirir, çünki adrenergik mexanizmlə əzələ tərəfi ndən 

kaliumun tutulmasını inhibisiya edir. Periferik damarlar zədələndiyi 

üçün dializ xəstələrində müntəzəm amputasiya aparılır. Beyin 

damarlarının zədələnməsi (insult) diabeti olmayan dializ xəstələrinə 

nisbətən daha çox təsadüf olunur.

Görmə orqanın zədələnməsi – konyunktivit, keratit müşahidə 

olunduqda antibiotik, antifunqal və antiviral göz dərmanları ilə 

müalicə olunur. Bəzən xüsusən kalsium-fosfor hasili 70-dən çox 

olan (mq/dl ilə ifadə olunduqda) xəstələrdə lent keratopatiyası 

(korneal-konyuktival kalsifi kasiya)  müşahidə edilir və kalsium 

fos fatın çökməsindən konyuktivanın qıcıqlanması (”qırmızı göz-

lər” sindromu) nəticəsində baş verir. Bu ağırlaşmanın  ən yaxşı 

müalicəsi böyrək transplantasiyasıdır. Bəzən keratoektomiya, yaxud 



203

Fəsil 7. Dializ xəstələrin problemləri

etilendiamintetrasirkə turşusu (ЕDТА) ilə lokal applikasiyası yolu 

ilə kalsium depozitlərinin xelasiyası tətbiq edilir.

Qlaukoma və katarakta ümumi qaydalarla müalicə olunur, amma 

timolol ürək-ağciyər xəstəliklərində əks göstəriş sayılır.

Asetazolamid  – karbon anhidraza inhibitoru kiçik dozada (25 

mq 2 dəfə/gün) istifadə olunmalıdır. Dializ zamanı ultrafi ltrasiyanın 

gözdaxili təzyiqi aşağı salması haqda məlumat verilir.

Diabetik retinopatiyası  və AH nəticəsində gözün tor qişasının 

pataloji prosesləri diabeti olan dializ xəstələrində müntəzəm təsadüf 

olunur. Torlu qişanın yan venalarının oklyuziyası qəfl ətən görmənin 

pisləşməsinə səbəb olur. AH-yə nəzarət olunması mərkəzi arteriya 

və venanın okklyuziyasının qarşısını almağa imkan verir.

Diabetik retinopatiya dializ xəstələrinin 1/3-də görmə qabiliyyətini 

tam korluğa qədər endirir. Korluğun səbəbləri arasında retinopatiya, 

makulanın ödemi, qlaukoma, katarakta və buynuz qişasının pataloji 

dəyişiklikləridir.

Böyrək çatışmazlığının erkən mərhələlərində torlu qişanın kiçik 

damarlarının dağılması  və okklyuziyası ilə xarakterizə olunur, 

patoloji proses sarı  ləkədə olduqda görmə qabiliyyəti aşağı düşür. 

AH, qlikemiyanın ciddi nəzarət olunması və pəhrizlə (0,6 q/kq zülal) 

prosesin inkişafını ləngitmək olar. Proliferativ mərhələ retinopatiya 

lokal hipoksiyaya görə ikincili hesab olunur və torlu qişada yeni 

damarların intensiv proliferasiyası ilə xarakterizə olunur. Prolifera-

tiv retinopatiya Lazer müalicəsinə göstəriş ola bilər, tor qişasının 

qopmasının qarşısı alınır.  Şüşəyəbənzər cismə qansızma işığın 

keçməsinə mane olur, həmçinin torlu qişanın qopmasına və görmənin 

itməsinə  səbəb olur. Vitrektomiya, yaxud başqa mikrocərrahi 

əməliyyatlar xəstələrin yarısında görməni bərpa etmək imkanı verir.

Diabet olan dializ xəstələrində müntəzəm olaraq seksual 

disfunksiya müşahidə edilir. Əsas səbəb kimi  vegetativ sinirlərin 

neyropatiyası, periferik damarların aterosklerotik zədələnməsini 

göstərmək lazımdır.


204

Dializ

Diabeti olan xəstələrə böyrək transplantasiyası  əks göstəriş 

deyildir, əksinə, daha çox göstərişdir. Ağır ürək xəstəlikləri böyrək 

transplantasiyası nəticələrini pisləşdirir.

Sümük toxumasının zədələnməsi adinamiya və kalsium-fos for 

mübadiləsinin pozulmasından baş verir və  somatostatinin inhi-

bitorlarının yüksək qatılığı  nəticəsində sümük toxumasının aşağı 

səviyyəli formalaşması ilə xarakterizə olunur. Bunun bir səbəbini də 

alüminium intoksikasiyası ilə əlaqələndirirlər. 

Anemiyanın müalicə taktikası diabeti olmayan xəstələrdəki kimi 

aparılır.

Diabeti olan dializ xəstələrinin müalicəsi mürəkkəb olub çoxlu 

mütəxəssislərin – damar cərrahı, ortoped, oftalmoloq, nevropatoloq, 

dietoloqun iştirakı ilə aparılır. Diabet olan xəstələrin xüsusi çəkisi 

yüksək olduğu üçün koordinator nefroloqun rəhbərliyi ilə xüsusi 

komandanın yaradılması məqsədəuyğun hesab oluna bilər.



7.4. Arterial hipertenziya

AH dializ xəstələrinin ölümünün əsas səbəbidir. Orta arterial 

təzyiq (OAT) ilə ölüm arasında tapılmış əlaqəyə görə o, ölümqabağı 

ürək çatışmazlığının markeri hesab olunur (OAT=diastolik təzyiq + 

1

/

3



 nəbz təzyiqi). Həmçinin aşkar olunmuşdur ki, OAT-ın 10 mm c.süt. 

artması sol mədəciyin hipertrofi yası (SMH) və onun dilyatasiyası 

48%, ürək çatışmazlığı 44%, ÜİX 39% artırır. Digər tərəfdən

dializönü OAT 98 mm.c.süt. olduqda SMH əlamətləri və proqress 

etməsi ürək çatışmazlığı olmayan xəstələrdə minimal olmuşdur. 

Sübut olunmuşdur ki, SMH-nın  əsas faktorları AH, anemiya və 

yaşdır, digər tərəfdən, hipertenziyanın nəzarət olunması SMH-nın 

reqressinə səbəb olur. 

Dializ xəstələrində hipotenziv müalicəyə göstərişlər:

– AH dializönü dövrdə OAT 106 mm c.süt. (140/90 mm c.süt.) 

olduqda xəstə quru çəkisini tapdıqda;

– Hipotenziv dərmanların qəbulu vacibdir;

– Dializönü OAT >106 mm c.süt. olduqda;


205

Fəsil 7. Dializ xəstələrin problemləri

– Dializönü OAT=98-106 mm c.süt., anemiya vardır, EPO təyin 

olunur, yaxud SMH vardır;

– Hipotenziv dərmanların qəbulu tövsiyə olunur;

– Dializönü OAT=96-106, anemiya vardır, EPO alır, SMH yoxdur;

– Dializönü OAT >98 mm c.süt. SMH vardır.

Dializ xəstələrində AH-nin baş verməsinin əsas səbəbi bədəndə 

natriumun və suyun ləngiməsidir, odur ki, 70%-ə qədər xəstələrdə 

dializ ilə  bədəndən artıq suyun çıxarılması AT-ni normallaşdırır. 

Bu xəstələrdə müşahidə olunan AH “həcm asılı” hipertenziya ad-

landırılır. Bu zaman damardaraldıcı, yaxud damargenəldici fak-

torların hesabına damarlarda autorequlyasiya mexanizmləri po zul-

duğu üçün həcm ilə yükləndikdə onlarda vazodilyatasiya baş vermir.

Renin-angiotenzin sisteminin və simpatik fəaliyyətin aktivləşməsi 

vazokonstriksiyanın əsas mexanizmləridir. Endotelinin səviyyəsinin 

artması, natrium nasosunun diqoksinəoxşar inhibitorlarının (ubain, 

bufenolid) ləngiməsi hipervolemiyaya vazorequlyator cavabın 

pozulması ardıcıl həlqələr kimi qiymətləndirilə bilər.

Yaşlı  xəstələrdə  işemik renovaskulyar pozğunluqlar refrakter 

hipertenziyaya, ağciyər ödeminə  və preterminal XBÇ-yə  səbəb 

olur. Vazodilyatasion təsirin lazımi qədər olmamasının səbəbi tam 

aydın deyildir. Azot oksidinin inhibitorlarının, məs., asimmetrik 

dimetilargininin yığılması endoteliumdan asılı vazodilyatasiyasının 

pozduğu haqda ədəbiyyatda lazımi məlumat yoxdur. Damargenəldici 

təsirə malik olan natriyuretik faktor (NUF) və adrenomedullinin 

səviyyəsi dializ xəstələrində yüksək olur, amma bunların rolu axıra 

qədər aydın deyildir.

Hüceyrəxarici suyun həcmi və damar tonusu arasında sıx əlaqə 

olduğu üçün klinik təcrübədə  həcm-asılı  və  həcm-rezistent AH-yə 

ayırmaq lazımdır. Çünki hipotenziv terapiya nəticəsində ancaq artıq 

suyu bədəndən çıxardıqdan sonra AH normallaşmağa başlayır. Hətta 

intensiv dializ vasitəsi ilə  məlum olmayan vazokonstriktorların 

çıxarılması haqda da hipoteza gəzməkdədir.


206

Dializ

Dializə başladıqda pasientin hüceyrəxarici həcmini normallaş-

dırmaq və “quru çəki”ni almaq lazım gəlir. “Quru çəki” xəstənin o 

çəkisinə deyilir ki, ondan artıq maye çıxardıqda hipotenziya, əzələ 

qıcolmaları, ürəkbulanma və qusma müşahidə edilir. “Quru çəki”ni 

aldıqdan sonra da AH davam edirsə onda hüceyrəxarici həcm 

bioimpedans analiz üsulu (BİA) ilə təyin olunur. Başqa üsullardan 

aşağı boş venanın diametrinin ölçülməsi və NUF istifadə oluna bilər. 

Ən sadə üsul kimi, dializ zamanı Het təkrar təyin olunmasıdır, əgər 

yastı  əyrilik olmursa, onda bu, xəstədə hipohidratasiya olduğunu 

göstərir.

Normal hüceyrəxarici sahənin həcmi bərpa edildikdən sonra AH 

müşahidə edildikdə hipotenziv preparatlar təyin olunur. Müalicə 

gedişində xəstənin “quru çəki”ni arabir yenidən təyin etmək ehtiyacı 

yaranır, amma nəzərdə saxlamaq lazımdır ki, həddən artıq UF 

miokard infarktına, işemik insulta, müsariqənin işemiyasına səbəb 

ola bilər. UF-nı pis keçirən xəstələrə Na profi lləşdirilməsi, soyuq 

dializat, dializ zamanı qanın həcminin monitorinqi tətbiq oluna bilər.

Dializdən sonra təxminən 14% xəstədə AT-nin paradoksal 

yüksəlməsi müşahidə edilir, buna nisbi dehidratasiya kimi də baxmaq 

olar, amma RAS-ın aktivləşməsi baş vermir. Əgər suyun bədəndə 

ümumi miqdarı artıqdırsa, onda AH müalicəsi üçün böyük diqqətlə 

artıq maye bədəndən çıxarılmalıdır. Xəstələrin “quru çəki”si ildə 4 

dəfə qiymətləndirilməlidir, çünki mayenin bədəndə ləngiməsi “quru 

çəki”nin azalmasını maskalaya bilər. AH ilə olan xəstələrin dializ 

arasında çəki artımı bədən çəkisinin 2,5–3%-dən çox olmamalıdır, 

Na qəbulu isə 100 mekv/gün-dən az olmalıdır.

Dializatda natriumun səviyyəsini seçdikdə  hər bir xəstənin 

natriuma görə individual səviyyə norması olduğunu bilmək lazımdır. 

Qəbul olunan mayenin miqdarı susuzluq hissi ilə requlə olunur. 

Susuzluq hissi isə hüceyrədaxili mühitin osmotik təzyiqindən asılıdır 

ki, onu da yaradan natrium (94%), sidik cövhəri və şəkərdir (6%). 

Odur ki, Na məhdudlaşdırılmadıqda susuzluq hissi keçmədiyi üçün 


207

Fəsil 7. Dializ xəstələrin problemləri

xəstələr su rejimini pozmalı olurlar. Bəzi xəstələrdə həftədə 3 dəfə 4 

saatlıq dializ mayenin bədəndəki həcmini normallaşdırmır. Ona belə 

xəstlərə həftədə 4 dəfə, bəzən hətta 6 dəfə dializ aparılır. Bu nəinki 

AH-ı aşağı salır, hətta SMH dərəcəsini azaldır.

Dərman müalicəsi. Hipotenziv dərmanları  təyin etdikdə çoxlu 

faktorları  nəzərə almaq lazımdır: EPO müalicəsi, SMH, diabet, 

yaş və s. Durğun ürək çatışmazlığı olduqda ürəkdən sonrakı yükü 

azaltmaq üçün AT 90–100 mm c.süt. səviyyəsində saxlanılır.

1. Kalsium kanalları blokatorları (KKB) – əsasən həcmrezistent 

xəstələrin müalicəsi üçün istifadə olunur. Əsasən uzunmüddətli 

təsir göstərən KKB istifadə olunur. Verapamil ürəkdaxili keçiriciliyi 

pozur, bradikardiya, qəbizlik yaradır. KKB beta-blokatorlarla 

kombinasiyada işlətdikdə çox ehtiyatlı olmalı – ürək çatışmazlığı, 

baldırda ödem, baş ağrıları, hipotoniya verə bilər. KKB qaraciyərlə 

ekskresiya olunur, odur ki,  onların dozası dəyişdirilmir (cədvəl 6.8).

2. Simpatikolitiklər (metildopa, klonidin və s.). Mərkəzi sim -

patikolitiklərin təsirindən beyin damarlarının alfa-adre 

no resep-

torlarının stimulyasiyası  nəticəsində simpatik aktivlik inhibisiya 

olunur. Klonidinin təsirindən vegetativ neyropatiya nəticəsində baş 

vermiş diareyanın qarşısını alır. Metildopa və klonidin ucuz olduğu 

üçün də  əlverişlidir. Yanaşı  təsirlərindən keylilik, ağızda quruluq, 

depressiya, ortostatik hipotenziyanı qeyd etmək lazımdır.  Əsasən 

böyrəklərlə xaric olunduğu üçün XBÇ zamanı doza azaldılır. 

3. Beta, alfa/beta və alfa adrenoblokatorları. Beta-blokatorlar 

renin aktivliyini azaltdığı üçün onların təyin olunması məqsədəuyğun 

hesab olunur (cədvəl 7.8).

Karvedilolun ürək çatışmazlığı olan xəstələrin ölümünün qarşı-

sını alması haqda məlumatlar verilmişdir.

Alfa-blokatorlar postural hipotenziyaya səbəb olduqları üçün 

onları axşam yuxudan qabaq qəbul etmək lazımdır. Bronxoobstruktiv 

problemləri olan xəstələrə beta-blokatorların təyini yolverilməzdir. 

Həmçinin bu preparatlar lipid profi lə pis təsir edir, qanda K 


208


Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin