28
Kanalcıq epitelisində əmələ gələn və hüceyrə membranın şotkalı
haşiyəsi nahiyəsində karboanhidraza fermenti təsirindən karbonat
turşusu hidrolizə məruz qalır, suya və karbon qazına çevrilir. Karbon
qazı hüceyrəyə diffuziya edir və yenə karboanhidraza
fermenti tərə-
findən hidratasiya olunur, hidrogen və bikarbonat ionlarına parça-
lanır. Əmələ gəlmiş hidrogen ionları kanalcıq daxilinə sekresiya
olunur, bikarbonat ionu isə natrium ionu ilə birgə hüceyrəarası, ka-
nalcıqyanı sahəyə keçir.
Böyrəklər tərəfindən uçmayan turşuların ekskresiyası, kanalcıq
epitelisi tərəfindən sekresiya olunmuş hidrogen ionları reabsorbsiya
olunmayan anionlarla,
o cümlədən, HPO
4
¯
və NH
3
+
ilə birləşir. Böy-
rək kanalcıqlarında qlutationdan qlutaminaza təsirindən ammonyak
əmələ gəlir və kanalcıq sidiyinə diffuziya olur, orada da hidrogen
ionları ilə birləşir. Kanalcıq hüceyrələri ammonyakı reabsorbsiya
etmir,
ona görə o sidiklə
-
xaric olunur. Kanalcıq daxilində sidiyə
sekresiya olunmuş hidrogen kationu bikarbonat anionu ilə qarşılıqlı
əlaqəyə girir: (Na
+
+ NCO
3
¯
) + H
+
→ (H
2
CO
3
+ Na
+
). Əmələ gəlmiş
karbonat turşusu karbon qazı və suya parçalanır. Karbon qazı
kanalcıq epitelisinə diffuziya edərək karbonat turşusunun resintezi
üçün istifadə olunur. Beləliklə, bikarbonat
anionu reabsorbsiya
olunmur, reabsorbsiya olunan karbon qazıdır, ondan da hüceyrədə
yenidən bikarbonat radikalı əmələ gəlir.
Hidrogen ionundan və ammonyakdan başqa üzvi maddələr
(fenolrot paraaminbenzoy turşusu, diodrast,
penisillin, salisilatlar və
b.) kanalcıq sekresiyası yolu ilə böyrəklərdən ekskresiya olunur.
Bəzi maddələrin kanalcıq sekresiyası aktiv baş verir, yəni daşıyıcıla-
rın köməyi ilə müvəqqəti əlaqə vasitəsilə hüceyrədən kanalcıq mən-
fəzinə daşınır. Amma bəzi maddələrin sekresiyası (məsələn, ammon-
yak, salisilatlar və b.) passiv olaraq fiziki hadisələr əsasında sek-
resiya olunurlar.
Dostları ilə paylaş: