53
duzlar kristal halında çöküntüyə keçir (məsələn,
sidik turşusu pH-
6,0-dan az olduqda həll olmuş haldan kristal halına keçir).
Sidikdə zülalın təyini. Normal halda sidiklə gün ərzində 30-150
mq-a qədər zülal ifraz edilir. Hazırda bu miqdarda zülal sidiyin
ümumi müayinəsində aparılan keyfiyyət sınaqları ilə aşkar edilmir
və ancaq bu sınaqlarda sidikdə zülalın miqdarı 0,033 q/l və ondan
çox
olduqda təyin edilir ki, bu da proteinuriya adlanır.
Proteinuriya böyrək və yaxud qeyri-böyrək mənşəli ola bilər.
Böyrək mənşəli proteinuriya funksional və üzvi olmaqla iki yerə
bölünür. Funksional proteinuriya böyrək filtrinin keçiriciliyinin
artması nəticəsində meydana çıxır. Bura yürüş, emosional, soyuq,
ortostatik proteinuriyaları aiddir.
Üzvi böyrək proteinuriyası böyrək filtrinin iltihabı,
damar poz-
ğunluqları və başqa struktur dezorqanizasiyası nətiçəsində keçiricili-
yinin artması zamanı baş verir. Bu zaman böyrək yumaqcığında olan
dəyişikliklər az olduqda ondan yalnız kiçik molekullu zülallar (albu-
minlər) keçir və sidikdə görünür və bu albuminuriya adlanır. Ancaq
kiçik molekullu zülalların sidikdə ifraz olunması selektiv (seçici)
proteinuriya adlanır.
Yumaqcıq filtrinin ağır dərəcədə zədələnməsi nəticəsində kiçik
molekullu zülallarla yanaşı iri molekullu zülallar da (qlobulinlər)
ifraz olunur. Buna qeyri-selektiv (qeyri-seçici) proteinuriya deyilir.
Proteinuriyanın növünün təyin edilməsinin böyük diaqnostik və
proqnostik əhəmiyyəti vardır.
Əmələ gəlmə yerinə görə böyrək proteinuriyası yumaqcıq və
kanalcıq mənşəli ola bilər. Bundan başqa proteinuriya həqiqi və
yalançı da ola bilər. Yalançı proteinuriya sidikdə qan formalı ele-
mentlərin parçalanması nəticəsində aşkar edilir.
Bəzi hallarda hərarət
yüksək olan şəxslərdə, qan dövranında durğunluq olduqda (durğun-
luq proteinuriyası) və yaxud gərgin fiziki işdən sonra (gərginlik
proteinuriyası) sidikdə zülal müşahidə olunur.
Sidikdə zülalın olmasını qaynatma və sulfasalisil turşusu sınağı
ilə təyin etmək olar.
54
Kəmiyyət sınaqlarından Brandberq - Roberts - Stolnikov üsulu,
turbidimetriya əsasında sulfasalisil reaksiyası və ekspress-diaqnostik
üsulu (xüsusi indikator kağızları ilə) tətbiq edilir.
Sidikdə ifraz olunan zülalın miqdarının bir l sidikdə xaric olan
zülalı qramlarla göstərir. Bu bədəndən
itirilən zülal haqda həmişə
tam məlumat vermir. Odur ki, bir gün ərzində sidikdə itirilən zülalın
miqdarının təyini proteinuriya dərəcəsini daha dolğun ifadə edir.
Bəzi patoloji hallarda (mieloma xəstəliyi, Valdenstrem makroqlobu-
linemiyası) qanda yüngül (L) polipeptid zəncirləri əmələ gəlir və
molekulların kiçik olması nəticəsində böyrək filtrindən sidiyə keçir.
Bu zülal Bens-Cons uroproteini adlanır, sidiyin termopresipitasiyasi
və elektroforetik müayinəsi ilə təyin olunur.
Dostları ilə paylaş: