175
Xəstələrə pəhriz stolu 7 və onun variantları 7a, 7b, 7c məsləhət
görülür. Qidalanma keyfiyyətli olmaqla, vitaminlərlə (vitamin C, B
qrupu, A) zəngin olmalıdır. Zülalın miqdarına görə bu günə qədər
yeganə fikir yoxdur.
Bir qrup klinisistlər gündə hər kq bədən kütləsinə 2-2,5 q zülal
verməyi məsləhət görürlər, amma başqaları isə bu həddin 1 q-dan az
olmasını tövsiyə edirlər. Hər halda əgər xəstələrdə xronik böyrək
çatışmazlığı yoxdursa, gündəlik zülal qəbulunu çox da azaltmaq
məqsədəuyğun deyildir. Hələ buraya gündə sidiklə itirilən zülalın
miqdarı da əlavə olunmalıdır. Məsələn, E.M.Tareyev gün ərzində
böyrəklərlə itirilən hər q zülala görə xəstəyə bir yumurta ağı verməyi
məsləhət görür. Amma son illərin tədqiqatları zülalın pəhrizdə
azaldılmasını tövsiyə edir.
Dərman müalicələri əsasən iki istiqamətdə aparılır: patogenetik və
simptomatik müalicə.
Klinisistlər qarşısında QN müalicə etdikdə
aşağıdakı məqsədlər durur:
- xəstəliyin aktivliyini və proqressiya etməsini qiymətləndirmək
və təyin olunan müalicə vasitələrinin məqsədəuyğunluğunu təyin
etmək;
- böyrək zədələnməsinin geriyə inkişafına nail olmaq;
- nefritin proqressivləşməsini dayandırmaq, heç olmasa XBÇ-nin
inkişaf tempini zəiflətmək.
Dostları ilə paylaş: