Məişət zorakılığı haqqında anlayışlar. Təcavüzkar davranış nəzəriyyələri.
Şiddət silsiləsi nəzəriyyəsi: Məişət zorakılığı törətmiş zorakı şəxs bəzən törətdiyi əmələ görə peşman olduğunu söyləyir və bir daha bunun yaşanmayacağına söz verir. Buna fiziki şiddətdən sonra göz yaşı dolu vədlər, hədiyyə almaqlar, “bağışla əsəbi idim” kimi peşmançılıq ifadə edən jestləri misal göstərmək olar. Lakin maraqlı burasıdır ki, əgər bu jestlərə qurban müsbət cavab verməzsə zorakı şəxs yenidən şiddət törətməyə başlayır. Buradan da şiddətin silsilə şəklində təkrarlanan, dövri bir davranış olduğu məlum olur. Şiddət silsiləsi nəzəriyyəsinə görə şiddət 4 mərhələli bir prosesdir.