Məişət zorakılığı haqqında anlayışlar. Təcavüzkar davranış nəzəriyyələri.
Gərginlik, qarşıdurma mərhələsi – müxtəlif şifahi və emosional təhqirlərlə səciyyələnir. Bu hiddətlər partnyordan ilkin reaksiya və gözlənilənlərin intensivliyinə görə bir qədər fərqlənir. Qadınlar sakit reaksiyalı və özünü müdafiə edə bilən olurlar. Bu halda hər iki tərəf zərərvuran şəxsin davranışına haqq qazandırmağa çalışır. Belə davranışı işdə yaranan stress, pul və s. problemlər ilə izah etməyə çalışırlar. Çox vaxt qadınlar inanırlar ki, bu zaman “doğru” davranış etməklə vəziyyəti nəzarətdə saxlaya və ya onu asanlaşdıra bilərlər. Amma bu, yalnız bir müddət fayda verir. Müxtəlif münasibətlərdən asılı olaraq, bu mərhələ bir neçə gündən bir neçə aya kimi davam edə bilər. Beləliklə, gərginliyin artması nəticəsində vəziyyətə nəzarət itirilir.