- Yalnız az sayda qadın zorakılıqla üzləşir. Beynəlxalq Statistikaya görə isə hər üç ailədən biri zorakılıqla üzləşir. Azərbaycanda qadınların 13-20%-i ailədə zorakılığın olduğunu etiraf edir. Zorakılıq törədənlərin 80%-i kişilərdir. Qadına qarşı zor tətbiq edilən ailədə olan uşaqlar da ailə zorakılığının qurbanları sayılırlar.
-Zorakılıq yalnız az təminatlı və savadsız ailələr arasında yayılır – universitet tələbələri arasında aparılan tədqiqatın nəticəsinə görə məişət zorakılığı faktı 12-15% təşkil edir. Yüksək sosial-iqtisadi təminatlı qruplar daha çox zorakılıq faktlarını gizlətməyə meyil edirlər.