Məişət zorakılığı haqqında anlayışlar. Təcavüzkar davranış nəzəriyyələri.
Zorakılıq mərhələsi – intensiv gərginliklə xarakterizə olunan dağıdıcı hərəkətlər, ən neqativ şəkildə həddindən artıq emosionallıqla əks olunan kəskin zorakılıq mərhələsidir. Qəzəb güclü olduğundan zərərvuran şəxs qəzəbli olub-olmamasını, qadın isə bu qəzəbin ona təsir etdiyini inkar edə bilməz. Belə vəziyyətdə qadın daim artan gərginliyin aradan qaldırılması üçün zorakılıq aktını hətta sürətləndirə bilər. Çünki qadının zərərvuranın hərəkətlərinə dözmək üçün artıq gücü qalmır. Qeyd etmək lazımdır ki, zorakılığın kəskin mərhələsinin aqressiv formada olması əsasən ona görə baş verir ki, münasibətlərin müəyyənləşdirilməsi üçün zorakılıq növünü kişi özü seçir. Bu, 2 saatdan 24 saatadək davam edən ən qısa mərhələdir.