Məktəb mühitində sosial işçi və onun rolları. docx


İxtisas seçimi ilə bağlı araşdırma



Yüklə 84,02 Kb.
səhifə4/4
tarix10.05.2022
ölçüsü84,02 Kb.
#57450
1   2   3   4
qenire(Məktəblərdə sosial iş)

İxtisas seçimi ilə bağlı araşdırma

2019-cu ildə bir qrup sosial iş ixtisası tələbələr ilə bərabər abituriyentlərin ixtisas seçimi ilə bağlı araşdırma apardıq. Bu tədqiqatda əsas məqsəd məktəblərdə şagirdlərin ixtisas seçimində kimin rolunun böyük olmasınıeyni zamanda peşə seçimində onlara təsir edən faktorları araşdırmaqdır. Tədqiqat iyun ayının ilk həftəsi respublikamızın dörd şəhərində 792 abituriyentlə aparıldı. Onların 48,8% qızlar, 51% nisbəti ilə oğlanlar təşkil etdi.

İxtisas seçərkən 41.27% abituriyent əsasən seçdikləri ixtisası iş tapma imkanına görə, onlara əsas istiqamət verilməsində müəllimlərinin rolu olduğunu deyən 59,28% abituriyent oldu. Tədqiqatın ən çox maraq doğuran sualında İxtisas seçiminizdə valideynlərin rolu soruşulduqda, oğlanlar 45.32% qızların 52.71%-i valideynlərinin onların seçimlərini dəstəklədiyini deyir. Aparılan tədqiqatlar göstərir ki, abituriyentlərin ixtisas seçimlərinə onların müəllimlərinin dəstəyi daha çoxdur.

Bu tədqiqat bir daha sübut edir ki, məktəbin və orda işləyən təhsil işçilərinin şagirdlərin həyatında rolu böyükdür.

Son iki il ərzində yaşadığımız pandemiya dövrünün təsirləri heç şübhəsiz təhsildən yan ötüşməyib. Aparılan araşdırmalar onu göstərib ki, ailə daxili zorakılıqlar, maddi durumun aşağı düşməsi, evdən qaçan uşaqlar, təhsildən yayınan şagirdlər, distant təhsil alması üçün ev içi normal şəraitin olmaması, xəstəliklə bağlı olaraq, sosial işçi və müəllimlərin ailəyə səfərlərinin dayandırılması, ailələrlə birbaşa təmasın kəsilməsi, vəziyyəti daha da ağırlaşdırmışdır..

Məktəblinin Dostu“ layihəsi

Ölkəmizdə yaradılan buna bənzər layihə “Məktəblinin Dostu“ layihəsidir. “Məktəblinin Dostu“ pilot layihəsi 2016-cı ilin dekabr ayında Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə 30 ümumi təhsil müəssisəsində fəaliyyətə başlamışdır. Layihə hazırda 31 tam orta

məktəb, 2 gimnaziya, 2 internat məktəb olmaqla ümumilikdə 35 ümumtəhsil müəssisəsi əlavə edilmişdir.

“Məktəblinin dostu”nun əsas vəzifələri müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılmasıdır. “Məktəblinin dostu” hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin olunması, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edir.
Nəticə

Nəticə olaraq, keçdiyimiz hər bir yol məktəbdən və onun verdiyi təhsil yolundan başlayır. Görmək istədiyimiz cəmiyyət ilk növbədə bizim aldığımız təhsilin nəticəsi olacaqdır. Həm müəllimlər həm də sosial işçilərin birgə əməyi sayəsində cəmiyyətə sağlam düşüncəli, öz ayaqları üzərində durmağı bacaran, problemlərini həll edə bilən və ən əsası savadlı kadrlar yetişdirə bilərlər.



Ədəbiyyat
https://edu.gov.az/az/news-and-updates/12859 http://slideplayer.biz.tr/slide/9166114/

file:///Users/gulnar_hacettepe/Downloads/545-3717-1-PB.pdf




Yüklə 84,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin