Ərazi strukturunun saxlanması
Qidanın növ xüsusiyyətləri, çoxalmanın biologiyası, abiotik faktorlara münasibət hər bir növə xas olan
ərazidən istifadənin ümumi xarakteri və sosial münasibətləri tipini formalaşdırır. Bu, son nəticədə
populyasiyanın ərazi (ərazi-etoloji) strukturunun növ tipini təyin edir, bunun ən səciyyəvi (tipik) meyarları
(kriteri) növə uyğun məskunlaşma yeri, əraziyə bağlılıq dərəcəsi, fərdlərdə aqreqasiyanın mövcudluğu və
xarakteri və məkanda (ərazidə) onların dispersliyi sayılır. Ərazi strukturunun növ tipinə həm də göstərilən
parametrlərin qanunauyğun, dövri təkrar olunan (məs. mövsümi) dəyişməsi daxildir.
Yuxarıda qeyd edildiyi kimi, hətta bir növ daxilində populyasiyada fərdlərin ərazidə yerləşməsinin konkret
forması qida obyektlərinin (qida elementlərinin) miqdar və paylanması dinamikasından, mikroiqlimin mövsümi
və dövri olmayan dyişməsindən və s. nəzərə çarpacaq dərəcədə dəyişə bilər. Göstərilən faktorlar tərəfindən
yaradılan fərdlər və onların qruplaşmaları arasındakı məsafə fərdi, qruplaşmaların ölçüsü (böyüklüyü), ərazidə
61
yerdəyişmə (yayılma) xarakteri populyasiyanın ərazi strukturunun növ tipinin biologiyasının daha çox ümumi
xüsusiyyətləri ilə müəyyən olunur.
Dostları ilə paylaş: |