MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
səhifə130/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   126   127   128   129   130   131   132   133   ...   751
 

4.5. Mutualizm (simbioz) – Təbiətdə növlərin geniş yayılan qarşılıqlı faydalı əlaqəsi müfualizm adlanır. 

Mutualistik əlaqələr əvvəlki parazitizm və ya kommensalizmin əsasında baş verə bilər. Qarşıqlıqlı faydalı birgə 

yaşayışın inkişaf dərəcəsi olduqca müxtəlif ola bilər – müvəqqəti qeyri-məcburi əlaqələr və partnyorların iştirakı 

hər ikisinin həyatı üçün mühüm mütləq şəraitə çevrilən əlaqələr. İki növün belə ayrılmaz faydalı əlaqəsi simbioz 

adını almışdır.  

Simbiotik əlaqənin klassik misalı kimi şibyəni göstərmək olar. Şibyə göbələk və yosunun sıx birgə yaşayış 

tərzidir. Şibyələrin tərkibinə göbələklərin üç sinif nümayəndəsi (aksomiset, bazidiomiset və fikomiset) daxildir.  

Təbiətdə sərbəst vəziyyətdə ehtimal ki, şibyəli göbələyə rast gəlinmir. Göy-yaşıl, sarı-yaşıl, yaşıl və qonur yo-

sunlar şöbəsində 28 cinsin nümayəndələri aşkar olunmuşdur. Onların çoxuna sərbəst yaşama vəziyyətində rast 

gəlinir. Simbioz (şibyə) çox güman ki, yosunun üzərində göbələyin parazitizmi ilə  əmələ  gəlmişdir. Təbiətdə 

20000 növdən artıq belə simbiotik orqanizmlər mövcuddur, bu belə yaşamağın (mövcudluğun) müvəffəqiyyətli 

olmasını göstərir. Y.Odum (1975) obrazlı surətdə qeyd edirdi ki, yosunun parazitliyi ilə iki müxtəlif növün har-

monik qarşılıqlı təsirə doğru keçdiyi yol – «lişay modeli» insan üçün simvolik yol olmalı, təbiətlə mutalistik 

əlaqə yaratmalıdır, çünki insanın özü heterotrofdur və mövcud resurslardan asılıdır.  

Çoxhüceyrəli heyvan və bitkilərdə mikroorqanizmlərlə birgə simbioz çox geniş yayılmışdır. Bir çox ağac 

növlərinin mikoriza göbələkləri ilə birgə yaşayışı, havadakı molekulyar azotu fiksasiya edən kökyumru bakte-

riyalar Rhizobium məlumdur. Azot fiksasiya edən simbiontlar 200 növ digər örtülütoxumlu və çılpaqtoxumlu 



 

69

bitkilərin köklərində aşkar edilmişdir. Mikroorqanizmlərlə simbiozun tarixi bəzən çox uzaq keçmişə gedir, ona 



görə simbiotik bakteriya koloniyalarına çoxhüceyrələrin xüsusi orqanları kimi baxmaq olar.  

Sibir sidr şamı ilə, sidr ağaclarında yuva quran quşlar (sidrquşu, sitta quşu və kukşa) arasındakı mutualistik 

əlaqələr mütləq olmasa da, olduqca zəruridir. Bu quşlar Sibir sidrinin toxumları ilə qidalanaraq, yem toplamaq 

instinktinə  də malikdir. Onlar xırda toxumları (qozaları) hissə-hissə mamır qatının və  meşə töküntüsünün 

altında gizlədirlər. Bu «ehtiyatın» çox hissəsini quşlar tapa bilmir və toxumlar cücərir. Beləliklə, bu quşların 

fəaliyyəti sidr şamının təbii bərpasına kömək edir, belə ki, toxumlar torpaqla əlaqəni kəsən qalın meşə 

döşənəyinin səthində cücərə bilmir. Qarğaların qoz ağacının toxumlarını gizlətməsi də buna uyğun misaldır. 

Şirəli meyvəsi olan bitkilərlə quşlar arasında da qarşılıqlı faydalı  əlaqələr vardır, onlar bu bitkilərin 

meyvələri ilə qidalanır və adətən həzm oluna bilməyən toxumları əraziyə yayırlar.  

Məsələn, Türyançay qoruğunda ardıc ağacları bol toxumverən illəri meşəlikdə çoxlu miqdarda qaratoyuq və 

digər quşlar qışlayır. Onlar ardıcın toxumları ilə qidalanır və peyinləri ilə Bozdağ  ərazisində bu toxumların 

yayılmasında böyük rol oynayır. Ədəbiyyat məlumatına əsasən 1 m

2

 sahəyə quşlar orta hesabla 12-15 ədəd ardıc 



toxumu yayır. Cücərtilərin əmələ gəlməsində də quşların digər müsbət rolu vardır. Onlar onurğasız heyvanları 

axtarıb taparkən mamır örtüyünü eşir və bununla da ardıcın toxumlarını torpağın üzərinə çatdırır.  

Qaraçöhrə ağacının bütün orqanları (iynələri, gövdəsinin qabığı və s.) zəhərli olsa da, toxumları həm dadlı, 

şirin, həm də parlaq qırmızı rəngə malik olub quşların diqqətini özünə cəlb edir, onun yayılmasında böyük rol 

oynayır. Belə ki, quşlar bu toxumlarla qidalanır, onları mədələrində «stratifikasiya» edir, «səpinə» hazırlayır və 

ərazilərdə yayırlar.  

Bir çox qarışqaların da bitkilərlə mutualistik əlaqələri formalaşır: 3000-dən artıq bitki növünün qarışqaları 

özünə cəlb etmək qabiliyyəti vardır.  




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin