MəMMƏdov qəRİb xəLİlov mahmud


Növbəli dərinlik (quytul) –



Yüklə 4,78 Mb.
səhifə199/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   195   196   197   198   199   200   201   202   ...   751
Növbəli dərinlik (quytul) – dərin sulu sahələr, axın sürəti yavaşdır, dibində yumşaq lil substratı və eşici hey-

vanlar olur.  

Yuxarıda verilən təsnifat qruplaşmalarda hər hansı bir orqanizmin ekoloji vəziyyətini təyin etməkdə 

mühüm rol oynayır.  

 

7.2.1. Lentik ekosistemlər  

Litoral zonada iki produsent tipi vardır: hövzənin dibinə bərkimiş çiçəkli bitkilər və üzən yaşıl bitkilər – yo-

sunlar, bəzi ali bitkilər (su çiçəyi). Hövzənin dibinə bərkimiş bitkilər üç konsentrik zona əmələ gətirir: 1) suüstü 

(susəthi) vegetasiya zonası – bitkinin fotosintezedən hissəsi suyun üzərində yerləşir (qamış, ciyən və b.), biogen 

elementlər isə dib çöküntülərindən alınır;               2) yarpaqları su səthində üzən dibə bərkimiş bitkilər (su 

zanbağı) zonası, bu bitkilərin rolu birinci zonada olduğu kimidir, lakin onlar suyun aşağı qatlarını kölgələndirə 




 

103


bilir; 3) sualtı vegetasiya zonası – tamamilə suyun altına (dibinə) köklənmiş və bərkimiş bitkilər, fotosintez və 

mineral mübadiləsi sü mühitində yerinə yetirilir (su çiçəyi və yapışmış yosunlar - xaralar).  

Litoral zonada heyvanlar, konsumentlər su hövzəsinin digər zonalarına nisbətən daha çox müxtəlifliyi ilə 

seçilir. Perifiton molyuska, rotatorilər, mşanka, həşəratların sürfələri və s. ibarətdir. Nektonun bir çox heyvanları 

atmosfer havası ilə nəfəs alır (qurbağa, tısbağalar, salamandr-səməndər və b.). Balıqlar həyatının çox hissəsini 

litoralda keçirir və orada da çoxalırlar.  Zooplankton  xərçəngəbənzərlərdən ibarət olub balıqların 

qidalanmasında böyük əhəmiyyət kəsb edir.  

Limnik (göl) zonasının qruplaşmalarında fitoplankton produsent hesab olunur. Mülayim qurşağın su 

hövzələrində onun populyasiyasının sıxlığı mövsüm üzrə kəskin dəyişir. Yazda suyun «çiçəkləməsi» sərin suya 

uyğunlaşan diatomit (trepel) yosunların kütləvi inkişafı ilə, yayda yaşıl yosunların, payızda isə azot fiksə edən 

göy-yaşıl yosunların inkişafı ilə bağlıdır. Zooplankton bitki ilə qidalanan xərçəngkimilər və rotatorilərdən 

ibarətdir, qalanlar isə yırtıcılardır. Limnik zonanın nektonu yalnız balıqlardır.  

Profundal zonanın qruplaşmaları işıqsız həyat sürür. Buranın fauna və florası bakteriya və göbələklərdən 

(redusentlər), həmçinin bentos formalardan – həşəratların sürfələri, molyusklar, həlqəli qurdlardan ibarətdir 

(konsumentlər). 

Su hövzələrinin çirkab suları ilə çirklənməsinin artması  nəticəsində  qırmızı  həlqəli qurdların miqdarı 

çoxalır, yəni bu göstərici ilə su hövzəsinin çirklənmə dərəcəsi haqqında fikir yürütmək olar.  

Durğun su hövzələrinin qruplaşmalarında oksigenin miqdarı, temperatur, işıqlanma kimi limitləşdirici 

faktorların təsiri bu su hövzələrinin spesifik xüsusiyyətlərindən (göl, xırda göl – prud və süni su anbarı) asılıdır.  

Göllər – təbii şirinsulu su hövzələri olub geoloji baxımdan nisbətən yaxın keçmişdə – son bir neçə on min 

illərdə  əmələ  gəlmişdir, yalnız bəzi göllərin yaşı milyon illərlə hesablanır (məs.  Baykal gölü). Göllərin 

əksəriyyətində profundal zonanın mövcudluğu su qatının temperatur rejiminə, onun «qarışmasına» və orada ok-

sigenin paylanmasına təsir göstərir. Bu proseslər gölün temperatur rejimi kimi mövsümi xarakter daşıyır (şəkil 

6.14.). 

Mülayim qurşağın göllərində yay dövründə şaquli kəsikdə üç zona ayırmaq olar: epilimnion – suyun kon-

veksiya (sirkulyasiya) etdiyi dərinliyə qədər; termoklin – aralıq zona, burada su yuxarı (üst) zonanın suyu ilə 

qarışmır; hipolimninon – soyuq su sahəsi, burada sirkulyasiya getmir (Şəkil 6.16).  

 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin