Okeanın dərin rift zonasının ekosistemləri - 3000 m və daha çox dərinliklərdə, başdan-başa qaranlıqda
yerləşir, burada fotosintez prosesi mümkün deyildir, yeraltı isti sular və zəhərli metalların konsentrasiyası
vardır; burada canlı orqanizmlər borucuqlarda yaşayan giqant qurdlardan (poqonofor), iri ikilaylı molyusklar,
krevetlər, krablar və bir neçə balıq növündən ibarətdir. Burada molyusklarla simbioz halında yaşayan hidrogen-
sulfid bakteriyaları prosudent kimi çıxış edir. Yırtıcılardan krabları, qarınayaqlı molyuskları və bəzi balıqları
göstərmək olar.
Okean planetimizdə həyatın beşiyi hesab edilir. 3 milyard il bundan əvvəl okeanda həyatın peyda
olması biosferin formalaşmasının başlanğıcını qoydu. Yer səthinin 70%-ni tutaraq okean hazırda da ma-
terik ekosistemləri ilə birlikdə Yerin müasir biosferinin bütövlüyünü (vəhdətini) təyin edir.
|