Apvellinq sahələri kontinentin qərb səhra sahilləri boyu yerləşir. Onlar adalarda yaşayan balıq və quşlarla
zəngindir. Lakin küləyin istiqaməti dəyişdikdə planktonun «çiçəkləməsi» kəskin azalır və oksigensiz şəraitin
inkişafı nəticəsində (evtrofikasiya) balıqların kütləvi qırılması baş verir.
Limanlar – sahilyanı yarımqapalı su hövzələridir, onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton
kimi özünü göstərir. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır.
Şəkil 6.18. Dənizin şaquli və üfüqi zonallığı (təxmini sxem)
Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin «tələsi» hesab olunur. Bütün il ərzində avtotrof-
lar – makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə)
balıqların yemləmə yeridir. Dəniz məhsulları kompleksi ilə zəngindir (balıqlar, krab, krevet, istridyə və b.). Li-
manlar insanın təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.
|