Bu təbii aerozollardan başqa havaya küllü miqdarda süni aerozollar da qarışır . Bunlar əsasən
sənaye və nəqliyyatın fəaliyyəti zamanı əmələ gəlir.
8.4. Atmosferi süni çirkləndirən sənaye sahələri
Qara metallurgiya. çuqunun əridilməsi və ondan polad istehsalı zamanı atmosferə müxtəlif qazlar atı-
lır. 1 ton polad istehsalı zamanı havaya 4,5 kq toz, 2,7 kq kükürd qazı, 0,1-0,6 kq marqans atılır.
Domna qazlarından başqa atmosferə həm də az miqdarda arsen, fosfor, qurğuşun, civə və nadir me-
talların buxarları, antimon ( sürmə ) və qətranlı maddələr atılır.
Marten və poladəridən sexlərin tullantıları da atmosferi xeyli çirkləndirir. Polad əriyən zaman həm də
metalın buxarı, şlak və metal oksidləri və qazları ayrılır. Marten peçlərinin tozunun əsas hissəsi dəmir – 3
oksid (67 % ), alüminium – 3 oksid ( 6,7 % ) – dən ibarət olur.
1 ton marten poladının oksigensiz əridilmə prosesində 3000- 4000 m
3
qaz ayrılır, onların tərkibində tozun
qatılığı orta hesabla 0,5 q/m
3
təşkil edir.
Metalın ərimə zonasına oksigen verildikdə isə tozəmələgəlmə dəfələrlə çoxalaraq 15 – 52 q/m
3
– a ça-
tır.
Dostları ilə paylaş: |