Dağ – mədən işləri zamanı süxurların toplandığı ərazilər, xüsusilə plansız, pərakəndə istismar edilən
daş, qum, çınqıl karxanaları atmosferi daim çirkləndirən mənbələrdir. Avropa ərazisinin 7 %-i lazımsız
dağ – mədən tullantıları ilə zəbt edilib.
Azərbaycan Respublikasında neft və qazdan başqa 450 – dən artıq qara, əlvan metal filizləri, qeyri –
filiz xammalı, tikinti materialları, yeraltı mineral, termal və yodlu – bromlu sənaye suları və s. yataqları
vardır.Qara metallurgiyanın mineral – xammal bazası Daşkəsən dəmir filizi yataqları, Daşsalahlı betonit
gilli və Xoşbulaq flyuz əhəngdaş yataqları olub dəyərlərinə görə respublikanın potensial ehtiyatının 10.4
% - ni təşkil edir. (İsayeva, 2003). Əlvan metallurgiyanın mineral – xammal bazası əsasən alunit, mis, qur-
ğuşun, sink, molibden, kobalt, civə, sürmə və s.yataqları kəşf edilmiş ümumi ehtiyatların dəyərinə görə res-
publikanın mineral – xammal bazasının əsasını (43.7%) təşkil edir.(İsayeva,2003)
1991 – ci ildən sonra başqa ölkələrlə əlaqələr zəiflədiyindən republikamızda filiz üzrə dağ – mədən
sənayesi tənəzzülə uğramışdır.Lakin, yeni sənaye sahələrinin yaranması ilə əlaqədar mülki və sənaye ob-
yektlərinin tikintiləri üçün vacib olan qeyri – filiz və inşaat materiallarına təlabat artdığından belə yataqla-
rın geniş istismarına başlanmışdır.Hazırda bu yataqlarda 300 – ə yaxın təşkilat və firmalar istismar işləri
aparır.
Əvvəllər geniş həcmli istismar işləri aparılan Daşkəsən rayonunda istismar sahələrində və filiz saflaş-
dırma kombinatı yerləşən ərazidə, həmçinin Zəylik alunit yatağının istismarı sahəsində və Gəncə gil –
torpaq kombinatı ərazilərində 100 mln.m
3
– la ölçülən istehsalat tullantılarının ətraf mühitə neqativ təsiri
davam etməkdədir.Abşeronda və Qobustanda əhəng daşı yataqlarının, Xəzər sahilində qum yataqlarının,
çay vadilərində qum – çınqıl yataqlarının kortəbii istismarı nəticəsində ekoloji problemlər artmaqdadır.Bu
regionlarda quraqlıq iqlim və güclü küləklər şəraitində son illərdə karxanaların miqdarı 15 – 20 dəfə art-
mışdır.Ona görə də Abşeronun atmosferində toz xassəli aerozolun miqdarı da son illər xeyli çoxalmış-
dır.
Dağ - mədən sənayesinin ətraf mühitdə problem yaradan istehsalat prosesləri və faktorları aşağıdakı-
lardır. (İsayeva,2003)
- Faydalı qazıntıların açıq və yeraltı üsulla çıxarılması;
- Ətraf sahədə istehsalat strukturunun yerləşdirilməsi və onların fəaliyyəti;
- Zənginləşdirmə və ya saflaşdırma qurğularının yerləşdirilməsi və fəaliyyəti;
- İstehsalat tullantılarının yaranması, toplanması, təkrar istehsalat tullantıları;
- Ağır yüklərin nəqli; Yarımfabrikat məhsulların hazırlanması üzrə qurğuların yerləşdirilməsi və onla-
rın fəaliyyəti.
Yuxarıdakı proseslərin hər bir mərhələsində çoxsaylı problemlər yaranır, bu problemlərin əsas faktor-
ları bunlardır:toz, səs, vibrasiya, istehsalat tullantıları, texnogen sular, ağır metalların çökməsi, zərərli qarı-
şıqlar, zərərli kimyəvi reaksiya məhsulları, toksiki tullantılar, atmosferə buraxılan tullantılar, məişət tullantı-
ları və s.
Dağ - mədən sənayesinin ətraf mühitdə yaratdığı problemləri aşağıdakı kimi qruplaşdırmaq olar:
a) Ətraf mühitdə baş verən dəyişmələr: torpaq və bitki deqradasiyası və çirklənməsi, atmosfer havası-
nın, səth sularının, yeraltı suların çirklənməsi, əsaslı landşaft dəyişmələri.
b) Geoloji mühitdə baş verən dəyişmələr: təbii - texniki şəraitin, hidroloji rejimin və tektonik rejimin
pozulması, geokimyəvi dəyişmələr.
c) Törəmə problmlər:tədrici landşaft dəyişiklikləri, ekzogen geoloji proseslərin aktivləşməsi, seysmik ak-
tivləşmə və s.
Dostları ilə paylaş: |