bərk (sulb) maddələr (29,8 %), karbon qazı (28,2 %), kükürd anhidridi (26,7 %), azot oksidləri (7,9 %),
toluol (1 %), hidrogen sulfid (0,9 %), aseton (0,5 %), ksilol (0,45 %), butilasetat (0,4 %), etilasetat (0,4
115
İstilik elektrik stansiyaları ( İES )
İES –lərin ətrafı həmişə ziyanlı aerozolla daha zəngin olur. Pirogen mənşəli aerozolların miqdarı sərf
olunan yanacaq növündən asılı olaraq həm kəmiyyət, həm də keyfiyyətcə dəyişir. Azərbaycanın böyük
(iri) İES-ləri (1 mln.MVt) Abşeron rayonunda, Mingəçevir şəhəri yaxınlığında (Azərbaycan İES) və Əli –
Bayramlı şəhərinin 10 – 15 km – yində (Əlibayramlı İES) yerləşir.Azərbaycanın bütün İES – ri yanacaqla
(mazut) və qazla işləyir.Mazutun kükürdlülük dərəcəsi 2% təşkil edir.Tüstü borularından atmosferə sut-
kada 700-1000 ton kükürd və azot oksidləri atılır.Azərbaycanın iri İES - nin borularının hündürlüyü
100-330m, kiçik İES və iri istixana borularının hündürlüyü isə 50-10 m olur. Azərbaycan İES-i ətrafında
3-5km radiusunda havada CO
2
- in qatılığı yüksək həddə çataraq 0.4 – 0.6 mq/m
3
təşkil etmişdir.
Tədqiqatların nəticələri göstərdi ki, kükürd qazının, azot 2- oksidin və tozun qatılığının zonal yayılması
qanunauyğun olaraq stansiyanın yerləşdiyi mənbədən 2,5 – 3 km məsafədə maksimum çirklənmə müşahidə
edilir.
Azərbaycan İES –də (Mingəçevir) qaz işlədilərsə adambaşına ildə 250 – 300 kq his düşər, mazut-
dan istifadə zamanı bu rəqəm 5 dəfə yüksək olar.
Azərbaycan İES – də əsas yanacaq kimi qazdan (80 – 87 %), ehtiyat yanacaq şəklində mazutdan isti-
fadə (13 - 20 %) nəzərdə tutulur. Təəssüf ki, 1986 – cı ildən bəri yüksək kükürdlü (4 % - ə qədər) ma-
zutdan istifadə edilir.
Dostları ilə paylaş: