Daxili yanma mühərrikinin təkmilləşdirilməsi
Son illər dünyanın iri avtomobil kompaniyaları ekoloji təhlükəsiz avtomobil mühərriklərinin istehsalı üzrə
çalışırlar. İşçi mühərriklərini daim təkmilləşdirərək yeni, yanacağın tam yanmasını təmin etmək istiqamətində
işlər aparılır. Avropa və ABŞ-ın qabaqcıl firmalarının avtomobilləri 80-cı illərə nisbətən 10-16 dəfə atmosferə
az zərərli qaz buraxır. Bu mühəriklərin zəifləşdirilmiş qarışıqla işləməsi, çox qlapanlı sistem, elektron işə salma
nəticəsində əldə edilir.
Elektron sistemlə idarəetmədən istifadə olunaraq mühərriyi, tormuzu və başqa aqreqatları optimallaşdırmaqla
avtomobili ekoloji baxımdan təmiz saxlamaq olar.
Almaniyada avtomobil yanacağını 100 km məsafədə 9-ildən –4 ilə qədər azaltmaq vəzifəsi qarşıya qoyul-
muşdur.
«Misubisi motors» kompaniyası yeni klas mühərrikli maşınlar buraxır. Bircərgəli, 4 silindrli, işçi həcmi 1,8 l
olan belə mühərriklərlə şəhər şəraitində yanacağa 25% qənaət olunur.
1997-ci ildə «Mersedes-Bens» xüsusi kiçik dərəcə «A» indeksli avtomobilin prezentasiyası keçirildi. Elə hə-
min ildən onun sənaye buraxılışı da oldu. Alıcılara 2 yeni benzin mühərriki –60-75 kvt gücü ilə, həmçinin 2 tur-
bodizel mühərriki olan 44 və 66 kvt gücü ilə. Yanacaq sərfi 100 km gedişdə 4 L – dən – 7 L təşkil edir.
1997-ci ildə Frankfurtda (Almaniya) «Audi»firmasının eksperimental modeli «Az-2» avtomobil salonunun
ən parlaq yeniliyi sayılır. Bu avtomobil təmiz alüminiumdan olub 3 silindrli mühərrikli, 4 yerli maşındır – qa-
baqcadan «A-2» adlandırılmışdır. Bu super iqtisadi maşın ən az benzin işlədərək bu baxımdan rekord sayılır.
«A-2» avtomobili 100km məsafədə 3 l benzin işlədir. Belə maksimal qənaəti yanacağı ötürən turbodizel mühər-
riyi təmin edir.
|