Avtomobil benzininin keyfiyyətinin artırılması
Hazırda ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün avtomobil yanacağı kimi etilli benzindən istifadənin qadağan
edilməsi böyük əhəmiyyət daşıyır.
Kontinentin şimal ölkələrinin çoxunda praktiki olaraq etilli benzindən daha istifadə edilmir. Bununla yanaşı
bütün yeni avtomobillər xüsusi katalizatorla təczhiz olunmuş və yalnız etilsiz yanacaqla doldurulur. Belə katali-
zatorlar daha köhnə nəqliyyat vasitələrində də qoyulur.
Avropa İttifaqı bu ittifaqa daxil olan bütün ölkələrdən 2003-cü ilə qədər avtomobil yanacaqlarında qurğuşun-
dan istifadə olunmasını tamamilə dayandırmaq tələblərini irəli sürmüşdür.
Moskvanın neftayırma müəssisəsində və Rusiyanın digər müəssisələrində etil benzininin istehsalı dayandı-
rılmışdır.
Hazırda avtobenzin doldurma istehsalçıları benzinə qurğuşunsuz xüsusi əlavə hazırlamışdır; bu, yanacağın
effektivliyini aşağı salmır.
Rusiya alimləri Niderland millitrans kompaniyası Ay-Su-Du ilə birlikdə yüksək oktanlı benzinə əlavə fe-
terol hazırlamışlar. Bu benzini ekoloji təmiz və demək olar ki, zərərsiz edərək xarici sanitar normalara tam ca-
vab verir.
Belə benzin bir sıra Rusiya zavodlarında mənimsənilmişdir. Hazırda ildə 300 min ton feterol hazırlamağa
imkan var. Onun əsasında 2-2,5 milyon ton ekoloji təmiz benzin hazırlamaq olar.
«Omski kauçuk» aksioner cəmiyyəti Rusiyada benzinə əlavə metiltretiçnobutilen efiri (MTBE) istehsal
etmişdir. Bu əlavə benzinin keyfiyyətini yaxşılışdıraraq onu ekoloji təmiz edir.
Oksigen tərkibli əlavə kimi müxtəlif spirtlərdən, məsələn, metil spirtindən və butilen izomerindən alınan
MTBE-dən istifadə etmək olar. ABŞ-da oksigen tərkibli əlavə kimi 80% MTBE-dən, 20% etil spirtindən istifa-
də olunur.Bundan istifadə etməklə avtomobil qazlarında CO-nu –10-20%, yanmayan karbohidrogenləri 5-10%
və uçucu zərərli birləşmələri 13-17% azaltmaq olar.
Rusiyada MTBE Nijne-Novqorodda, Çaykovski şəhərində, həm də Tolyattidə hazırlanır.
1996-cı ildə Novoufa neftayırma zavodu benzin doldurma stansiyalarına yeni «Evrosuper -95» markalı ben-
zin təqdim etmişdir.Bu digər markalı benzinlərdən, yalnız yüksək oktanlı olması ilə deyil, həm də tərkibində ol-
duqca az zərərli hidrogen-sulfid (H
2
S) olmasilə fərqlənir. «Evrosuper-95» markalı benzin müasir yüksək texno-
logiya əsasında hazırlanıb tərkibində ətraf mühit və insan üçün zərərli olan tetraetilqurğuşun və digər zərərli
əlavələr yoxdur.
Dostları ilə paylaş: |