riklərində işçi qarışığı (yanacaq-hava) kənar mənbədən yəni (elektrik qığılcımından) alovlanırsa, dizel mühərri-
yində isə alovlanma qarışığın sıxılması nəticəsində yüksələn temperaturun təsirilə baş verir. Dizel mühərriyi
benzin mühərriyinə nisbətən 20-30% az yanacaq işlədir.
Son vaxtlar dünyada dizel mühərriklərinə qayıtmaq tendensiyası artmışdır. Dizel yanacağı ilə işləyən avto-
mobillərdə işlənmiş qazların zərərlilik dərəcəsi xeyli az olur. (yəni komponentlərin cəminə görə benzin mühər-
riklərinə nisbətən təxminən üç dəfə az olur.) Dizel mühərrikləri də ekoloji baxımdan təhlükəsiz sayılmır, belə ki,
123
iş zamanı onlar da havaya bərk hissəciklər: məsələn, his, yağ aerozolları və yanmamış yanacaq,
kükürd anhidri-
di buraxır. Bu maddələr atmosfer havasına düşərək insan orqanizmində kanserogen birləşmələr toplanır ki, on-
lar da benzin mühərriklərindən çıxan karbon oksidindən az təhlükəli sayılmır.
Çıxan qazların təmizlənməsi üçün dizel mühərriklərində oksidləşdirici neytrallaşdırıcılarla yanaşı, həm də
his süzgəcləri, resirkulyasiya sistemi qoyulur.
Bəzi şəhərlərdə peyda olan «İkarus» maşınlarının üstündə iki ədəd tutumlu (iri həcmli) balon yerləşdirilir. Bu
maşınlar xüsusi yanacaq növü ilə – dizel yanacağı və təbii qazın qarışığı ilə işləyir. Bu avtobuslar ekoloji təmiz
olub, arxasınca tüstü müşahidə olunmur. Bu mühərriklərdə işlənmiş qazlar dörd dəfə az olur, dizel yanacağı iki
dəfə az işlənir, mühərriyin gücü 10-12 % yüksək olur, təmir müddətləri arası isə 1,5 dəfə artır.
Dostları ilə paylaş: