Neytrallaşdırıcılar
Avtomobillərin tullantı qaz yollarında qoyulan neytrallaşdırıcılar avtonəqliyyat tərəfindən buraxılan toksik
maddələrin miqdarını azaldır. Məsələn, ABŞ-da neytrallaşdırıcılar 1980-cı ildəki 76 mln. tondan 1985-ci ildə 55
mln. tona qədər azaltmışdır. Bu ölkədə 85% avtomobillər neytrallaşdırıcılarla təchiz edilmişdir.
İsveçdə 48 müxtəlif avtomobil modellərinin, çıxan qazları neytrallaşdıran katalitik süzgəclərlə təchiz olun-
ması zərərli qazları xeyli azaltmışdır, o cümlədən karbon oksidi 34%, karbohidrogenlər – 36%, azot oksidləri –
58% azalmışdır.
Rusiyada hazırlanan katalitik katalizatorların sınaqdan keçirilməsi göstərdi ki, onlar işlənmiş qazlarda CO –
nu 80%, CH –70%, NO –nu 50% azaldır. Bu zaman tullantıların zərərlilik dərəcəsi cəmi 10 dəfə azalır.
Ən yaxşı katalizatorun PLATİNDƏN olması müəyyən edilmişdir. Lakin baha olması ondan geniş istifadə
edilməsinə imkan verə bilməz. Digər ucuz və çox tapılan katalizatorların axtarışı göstərdi ki, platini palladi,
Dostları ilə paylaş: |