MəMMƏdov qəRİb xəLİlov mahmud


Ekoloji  vəziyyəti  yaxşılaşdırmaq  məqsədilə



Yüklə 4,78 Mb.
səhifə243/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   239   240   241   242   243   244   245   246   ...   751
Ekoloji  vəziyyəti  yaxşılaşdırmaq  məqsədilə 

avtomobil  hərəkətinin  təşkili 

Atmosfer havasının çirklənmə səviyyəsini azaltmaq üçün şəhər küçələrində nəqliyyat yükünü nizamlayaraq 

onların bərabər paylanmasını təmin etmək lazımdır. Bu zaman hər şeydən əvvəl şəhərin strukturu – sənaye və 

yaşayış rayonlarının yerləşməsi, istirahət yerləri, mədəni-məişət xidməti obyektləri nəzərə alınmalıdır. 

Şəhərdə bütün küçələrin uzunluğunun təxminən 20-30 % -i magistral küçələrə düşür. Bu küçələrdə avtomo-

bil hərəkətinin 60-80% -i cəmləşir, yəni magistral yollar orta hesabla digər yollara nisbətən 10-15 dəfə çox yük-

lənir. 

İri şəhərlərdə avtomobil «tıxacları» ciddi problem yaradır. Atmosferə ayrılan toksik maddələrin miqdarı ya-

nacaq sərfindən, bu isə avtomobilin sürətindən asılıdır. Çox yüklənmiş küçələrdə nəqliyyat «çox ləng» hərəkət 

edərkən yanacaq 3-4 dəfə çox işlənir, bunun da nəticəsində atmosferə buraxılan zərərli maddələrin miqdarı ço-

xalır. 

İri sənaye  şəhərlərində  hərəkətin orta sürətini artırmaq məqsədilə yapon mühəndisləri hələ 1960-cı illərdə 

nəqliyyatın daha çox cəmləşdiyi yerlərdə çoxyaruslu avtomobil estakadlarının tikilməsini tövsiyyə etmişlər.  



 

125


Rusiyada nəqliyyatın ən çox ağır ekoloji şərait vəziyyəti Moskva şəhərində yaranmışdır. Burada orta hərəkət 

sürəti 12km /saata enmiş, dayanmadan orta  hərəkət uzunluğu 400-500 m – dir. Hər 4 – cü avtomobilin mühərri-

yi dövlət standartının tələbinə cavab vermir. Yaşayış evlərinin pəncərəsi altında havanı  hər gün yüzlərlə maşın 

mühərriyi qızdırır.  

Yeraltı yollar çox avtomobil toplaşan yolayrıcılarının yükünü azaldır. Belə ki, svetoforun yanında avtomobil-

lər daha çox qaz verir və boş – boşuna dayanır. 

Küçələrin və meydançaların altında piyadalar üçün düzəldilən  şaxələnmiş yeraltı tonnellər avtonəqliyyatın 

şəhər  mühitinə zərərli təsirini azaldır. Hazırda belə tonnnellər Moskvada 400 – dən artıqdar.Bakı  şəhərində  isə 

10- a  qədərdir .  

Şəhərin girəcəyində iri yük maşınları üçün tikilən xüsüsi terminallar da şəhər daxilində avtomobillərin sayını 

azaldır. Belə terminallarda gözətçi dayanacaqlar, mehmanxana, yeməkxana, kafe, duş, kömrük məntəqəsi, avto-

servis və s. kompleksi fəaliyyət göstərir.  

Avtomobil nəqliyyatında ekoloji təhlükəsizliyin proqramında yol tikintilərinin həcminin artırılması və möv-

cud trasların rekonstruksiyası nəzərdə tutulur. Əsas məqsəd – avtomobillərin hərəkət sürətini 50 – 60 km / saata 

çatdırmaqdır.  

Avtomobil nəqliyyatının əhaliyə zərərli təsirini azaltmaq üçün effektiv tədbirlərdən biri də  şəhərdə piyada 

zonaları təşkil etmək və ora nəqliyyat vasitələrinin getməsini qadağan etməkdir.  

Nəqliyyat tonnelləri intensiv nəqliyyat axını istiqamətində tikilməli, nəqliyyat və piyada hərəkətlərini  müx-

təlif səviyyələrdə bölüşdürməlidir. 

Xüsusi avtomobillər yaşayış evlərinin, xiyabanların, uşaq meydançalarının yanında yerləşdirilir, bu isə şəhər 

əhalisinin şəraitini pisləşdirir. 

Xüsusi avtonəqliyyatın saxlanması problemini həll etmək məqsədilə çoxmərtəbəli qarajlar, mehmanxanalar 

tikilir. Çoxmərtəbəli qarajlar fəaiyyət göstərən rayonlarda yer haqqı alınması da həyata keçirilir. Moskvanın bir 

neçə mikrorayonunda  çoxmərtəbəli qarajların tikilməsi üçün yerlər ayrılmışdır. 

 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   239   240   241   242   243   244   245   246   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin