pan – butan qarışığı, tsiklopentanlı köpükləndirici, soyuducu agent – QFU-134a 1996-cı ildən etibarən Rusi-
yanın «Biryusa» soyuducuları ozon qatına dağıdıcı təsir göstərməyən yeni soyuducu agentlərdən istifadə edərək
buraxılır.
Freonsuz yeni soyuducu qurğülar 1996-cı ildə Ümumrusiya yüngül əridicilər institutunda sınaqdan keçiril-
mişdir. Ekoloji təmiz soyuğun istehsalına fransız alimi Pelte effektindən istifadə olunması sayəsində nail olun-
muşdur. Pelte müəyyən etmişdir ki, elektrik cərəyanını yarımkeçiricilərdən buraxdıqda kristalın dövrə döşəmə-
sinin birində isti, digərində isə soyuq alınır. Bu zaman istilik nə qədər intensiv ayrılırsa, bir o qədər də soyuq ar-
tır. Bu effekt ilk dəfə hərbi texnikada raketlərin atılması sistemində və kosmonavtikada (Lazerin istifadəsində
qurğunun soyudulmasında), sonralar isə böyük soyuducularda istifadə olunmuşdur.
Göstərilən yeni aqreqatda elektrik mühərriki, kompressor yoxdur, bu isə elektrikdən istifadəyə 2 dəfə qənaət
etməyə imkan yaradır, uzunömürlü yarımkeçirici elementlər isə onun etibarlılığını artırır.
Dünyada analoqu olmayan bu qurğu Smolensk soyudücu maşınlar zavodunda sınaqdan keçirilmişdir.
Rusiya EA ümumi fizika institutunun fizikləri atmosferin freonlardan qlobal təmizlənməsi üçün atmosferə
mikrodalğalı boşaldıcılarla təsir göstərərək ozon qatını dağıdan mənbənin özünü ləğv etmək məsələsini irəli sür-
müşlər. Yaranan (əmələ gələn) plazma digər komponentlərə zərər yetirmədən, temperaturu artırmadan və yeni
birləşmələrin əmələ gəlməsinə səbəb olmadan atmosferdə olan freonları seçərək təmizləyir. Hesablamalar göstə-
rir ki, freonları məhv etmək məqsədilə lazımi miqdarda plazmanın yaranması üçün nisbətən kiçik enerji tələb
olunur, belə ki, plazma saniyənin cəmi milyardda bir hissəsi müddətindəki impulslarla yaranır, impulslar arasın-
da isə qurğu işləmir.
Atmosferdə plazma yaratmaq üçün hazırda müdafiə sənayesi tərəfindən buraxılan böyük mikrodalğalı top-
lardan istifadə olunması iqtisadi və ekoloji baxımdan sərfəlidir. Tədqiqatçıların fikrincə mikrodalğalı mənbənin-
Yerdə bir-birindən müəyyən məsafədə 2 mənbəyi yerləşdirilir. Onların buraxdıqları impulslar atmosferdə toqqu-
şur, toqquşma zamanı plazma yaranır. Şüalandırıcıları hər dəfə müxtəlif bucaq altında çevirməklə geniş sahəni
əhatə etmək olar.
Hələlik bu metodun texnoloji sxemi hazırlanmayıb, lakin onun bir çox variantları var. Məsələn, mikrodalğalı
şüalandırıcı mənbəni Yerdə deyil, süni peyklərdə quraraq həqiqətən «ozon deşiklərini» «gözəmək olar».
Fiziklərin hesablamalarına görə atmosferdəki freonları cəmi bir ilə təmizləmək olar. Bu zaman 10 nəhəng
gücündə olan AES-ın bir blokunun enerji mənbəyi kifayətdir.
Məlum olduğu kimi Günəş 1 saniyə ərzində 5-6 ton ozon istehsal edir. Lakin onun dağılması prosesi daha tez
olur. Bu qazı stratosferdə süni surətdə almaq mümkündür. «Enerozon» konsorsiumu stratosferdə ozonu süni al-
maq üçün orijinal layihə irəli sürmüşlər. Bu zaman Yer orbitinə lezerlə təchiz olunmuş 20-30 peyk çıxarılır. Hər
peyk kütləsi 80-100 ton olan kosmik platforma sayılır.
25-30 km yüksəklikdə lazer şüaları oksigen molekullarını hərəkətə gətirir, fəallaşdırır, sonra isə Günəşin kö-
məyi ilə ozonun hasil olması təbii yolla gedir. Bu yolla planetin normal mövcudluğunu 20 il müddətində təmin
etmək olar.
Ozon qatını mühafizə etmək üzrə fəaliyyətdə olan beynəlxalq proqramlardan birgə Rusiya-Amerika «Mete-
or-3-TOMS» layihəsini göstərmək olar.
Dostları ilə paylaş: |