8.11.2. İqlimin dəyişməsinin təbii və
sosial - iqtisadi nəticələri.
İqlimin dəyişməsinə başlanması həm təbii, həm də sosial – iqtisadi proseslərə ciddi təsir göstərəcəkdir.
Quru landşaftlarının dəyişməsi - Orta enliklərdə temperaturun yaxın 100 illikdə 1- 3,5
0
qalxması ekvivalent
surətdə qütblərə tərəf eninə 150-550 km , hündürlüyə görə isə 150-550 m izotermin qarışmasına səbəb olacaq-
dır.Buna uyğun surətdə isə bitki örtüyünün dəyişməsi baş verəcəkdir.
Flora və fauna inkişaf edib uyğunlaşdığı iqlimdən yeni bir iqlim rejiminə qədəm qoyacaqdır. İqlimin dəyiş-
mə sürətindən asılı olaraq bəzi növlər yeni şəraitə uyğunlaşaraq qalacaq , bəzi növlər isə sıradan çıxa bilər . Bu-
nun nəticəsində növlərin yeni kombinasiyaları formalaşmağa başlayacaq və yeni ekosistemlər yaranacaqdır .
Mülayim qurşağın meşələrində karbon qazının çoxalmasıilə əlaqədar bəzi ağac cinsləri də sıradan çıxacaqdır.
Ekosistemin sahəcə yeni iqlim şəraitinə uyğunlaşması prosesi insan fəaliyyətinin maneəçiliyi tərəfindən daha
da mürəkkəbləşəcəkdir.
Ən çox dəyişiklik arktik və subarktik qurşaqlarda baş verəcəkdir: kriosferin komponentləri - dəniz buzlaqları
, dağ və düzən buzlaqları , daimi və mövsümi donuşluqların sahəsi və dərinliyi , mövsümü qar örtüyünün sahəsi
və müddəti dəyişəcəkdir.
Landşaftlar dəyişkənliyə ( transformasiyaya) uğrayaraq qütbə doğru hərəkət edəcəkdir.
Səhralar temperaturun yüksəlməsilə əlaqədar daha da aridləşməyə doğru gedəcəkdir.
Dostları ilə paylaş: |