136
Dəniz sahili sistemlər müxtəlif olduğu üçün temperaturun yüksəlməsinə və okeanın səviyyəsinin qalxmasına
müxtəlif cür reaksiya göstərəcəkdir .
Qeyd etmək lazımdır ki , sahilyanı zonada bəşəriyyətin yarıdan çoxu yaşayıır . Odur ki , iqlimin dəyişməsilə
baş verən təzadlar, nəticələr bu zonada insanlar üçün faciəli problemlərlə qarşılaşa bilər. Dəniz və okeanların sə-
viyyəsinin sonrakı qalxması hündür olmayan ərazidə suyun basmasına , orada olan qurğuların, yaşayış məntəqə-
lərinin dağılması və bir sıra başqa təzadlı nəticələr baş verəcəkdir.Bu zaman ən çox aşağı səviyyədə yerləşən
adaları və alçaq sahillərdə yerləşən iri şəhərləri su basacaq , burada yaşayan əhalinin miqrasiyasına və onunla
əlaqədar ciddi iqtisadi və siyasi nəticələrə gətirib çıxaracaqdır .
Hazırda 46 mln adam dəniz fırtınalarının basması qorxusu altındadır . Okean səviyyəsi 1 m qalxarsa bu miq-
dar 118 mln – a çata bilər. Banqladeşin hündürlüyü dəniz səviyyəsindən 7 m hündürdə yerləşir . Burada dənizin
səviyyəsi 1 m qalxarsa ərazinin 17.5 % - ni su basaraq 70 mln əhalinin yaşadıqları ərazi su altında qalacaqdır.
Bəzi ada ölkələri praktiki olaraq sıradan çıxacaqdır.
Dostları ilə paylaş: