8.11.3. İqlimin istiləşməsinin qarşısının alınması tədbirləri
Yerli dövlət tədbirləri beynəlxaq tədbirlərlə birgə həyata keçrilməlidir. Hər iki səviyyədə keçrilən tədbirlər
sistemində aşağıdakılar nəzərə alınmalıdır:
1)
mütərəqqi, qabaqcıl texnologiyadan istifadə
2)
enerjiyə qənaət olunması
3)
kompleks iqtisadi, hüquqi və tərbiyəvi tədbirlərin həyata keçirilməsi. Bu tədbirlərin həyata keçrilməsin-
də əsas məqsəd atmosferə buraxılan parnik qazlarının miqdarının, ilk növbədə CO
2
– nin azaldılması sayılır.
Son zamanlar istehsalın müxtəlif sahələrində kabon qazından istifadə olunması üzrə yeni texnologiyalar ha-
zırlanır. Yalnız ABŞ – da 60-a qədər belə layihələr hazırlanmışdır. Bu layihələr içərisində artıq işi dayandırılmış
quyulardan yenidən neft istehsalında CO
2
- dən istifadə olunması texnologiyası layihələrinə xüsusi qiymət veri-
lir. Bu texnologiyaya əsasən CO
2
quruya daxil olunaraq neftdə həll edilir.Onun həcmini genişləndirərək özlülü-
yunü, suvaşqanlığını azaldır və bununla da neftin yuxarı qalxmasını təmin edir. Hesablamalar göstərir ki, bu me-
tod quruya qalan neftin 10 -15 % -ni çıxarmağa imkan verir.
Bir sıra beynəlxalq sənədlərdə CO
2
-nin atmosferdə azaldılması göstərilmişdir:
1)
Alternativ energetikanın inkişafı və İES – dən çıxan tüstü qazlarını və CO
2
–ni tutub saxlamaq.
2)
Enerjiyə qənaət edilməsi. Əgər bütün sənaye ölkələri öz istehsalı və məişətində enerji həcmini Yaponiya
səviyyəsinə qədər endirsə enerjinin dünya təlabatı 36 % - ə qədər aşağı düşər.
3)
Meşələrin qırılmasının və yanğınların qarşısını almaq və yeni meşəliklərin salınması.
Göstərilən tədbirlərlə yanaşı tullantıların azaldılması haqda beynəlxalq razılaşmalar da böyük əhəmiyyət daşıyır.
Belə öhdəliklər 1988- ci ildə Toronto (Kanada) şəhərində keçirilmiş Beynəlxalq konfransda irəli sürülərək 2005-ci ilə-
dək 1988- ci ilə nisbətən atmosferə buraxılan CO
2
- in təxminən 20 % azaldılması nəzərdə tutulur.
Bu zaman Avstraliya, Danimarka, Fransa, Yeni Zelandiya, İsveçrə (dünya tullantılarının 4,1 % - ni təşkil
edir ) 2005- ci ilə qədər CO
2
- ni 20 % azaltmağı, Belgiya, Kanada, Finlandiya, İrlandiya, İtaliya, Yaponiya, Ni-
derland, Norvegiya, İsveç, (10,8 %), Böyük Britaniya, ( 2,8%) 2005- ci ilə qədər SO
2
– nin miqdarını sabitləş-
137
dirməyə, Almaniya isə ( 3,2%) - 2005 – ci ilə qədər onu 30 % azaltmağı öhdəyə götürmüşlər. ABŞ (22, 0 % ) və
keçmiş SSRİ tərkibində olan ölkələr (18,4 %) heç bir qərar qəbul etməmişlər.
Dostları ilə paylaş: |