MəMMƏdov qəRİb xəLİlov mahmud


9.2. Dünyada  suyun  istifadəsi



Yüklə 4,78 Mb.
səhifə270/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   266   267   268   269   270   271   272   273   ...   751
 


 

148


9.2. Dünyada  suyun  istifadəsi 

 

Akademik A.P.Karpinski yazır: «Su ən qiymətli faydalı sərvətdir. Su nəinki mineral xammal və kənd tə-

sərrüfatının inkişafı üçün vasitədir. O, həm də  mədəniyyətin həqiqi göstəricisi, həyatsız yerə dirilik gətirən 

«canlı qandır». 

Akademik Həsən  Əliyev suyun ekoloji əhəmiyyəti haqqında yazmışdır: «Susuz təbiət də, həyat da ola 

bilməz. Su da çörək kimi hamıya, hər şeyə, həmişə lazımdır». 

 

Dünyanın  müxtəlif  regionlarında  su  ehtiyatlarından  istifadə  növü  olduqca  müxtəlifdir.Sudan  ən  çox  



kənd  təsərrüfatında  istifadə  olunur. Ədəbiyyat  məlumatlarına  görə  kənd  təsərrüfatında hər il  3500-3600 

km

3  



su  işlədilir, bunun  70  faizi  suvarmaya sərf olunur. Kənd  təsərrüfatında  istifadə  olunan  suyun  miqdarı  

sənayedə  olduğundan  3,4-4,0  dəfə  artıqdır.Hazırda  dünyada  250  mln  hektara  yaxın  kənd  təsərrüfatı  bitki-

ləri  və  bağlar , plantasiyalar  suvarılır. Hər  hektara  təxminən  12-14 m

3

  su  verilərsə, suvarmaya  2800 – 3000 



km

3

 su  sərf  olunur. (Nəbiyev, 2000 ) . Dünyada  suvarmaya  sərf  olunan  suyun  miqdarı 9.1 saylı  cədvəldə  



verilir. Cədvəldən  göründüyü  kimi  suvarılan  torpaqların  sahəsi  ən  çox  Asiyada  yerləşir.Praktiki  olaraq  

burada  suvarma  bütün  ölkələrdə  tətbiq  edilir.Suvarılan  sahələrin  əsas  massivləri  kontinentin  cənub  və  

şərqində  yerləşir , onun  çox  hissəsində  çəltik  becərilir.Bununla  belə  Asiyanın  bütün  suvarılan  torpaqları-

nın 


3

2

 – dən  çoxu  yalnız  üç  ölkənin  payına  düşür (Çin , Hindistan  və  Pakistan ) və  təxminən  1000km



3  

 su  


sərf  olunur , bu  dünyada  suqəbuledicilərdən  suvarmaya  işlədilən  suyun  yarısına  qədərini  təşkil  edir. Asi-

yanın  bütün  ölkələrində  suvarmaya  sərf  olunan  suyun  miqdarı  bütün  digər  su  istehlakçılarını  xeyli  ötüb  

keçir  və   təxminən  82 %  təşkil  edir. Avropada  bütövlükdə  bu  rəqəm  30 – u  keçir. 

Cədvəldən  göründüyü  kimi  suvarma  üçün  şirin  su  ehtiyatlarının  xeyli  hissəsindən  istifadə  olunur  və  

onun 

4

3



 - ü  geri  qaytarılmır. Tarlalardan  drenaj  şəbəkəsilə  qayıdan  sular  tarlalarda  alaqlara  və  zərərverici  

həşəratlara  qarşı  işlədilən  müxtəlif  maddələrlə  (pestisidlər)  və  mineral  gübrələrlə  güclü  çirklənməyə  mə-

ruz  qalır. 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   266   267   268   269   270   271   272   273   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin