MəMMƏdov qəRİb xəLİlov mahmud


 Tullantısız və aztullantılı istehsal



Yüklə 4,78 Mb.
səhifə266/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   262   263   264   265   266   267   268   269   ...   751
8.13. Tullantısız və aztullantılı istehsal 

Hazırda müasir geniş qaztəmizləmə texnikası olmasına baxmayaraq xammaldan tullantı olmadan kompleks 

istifadə edərək  ətraf mühiti çirkləndirməmək istiqamətində texnoloji proseslər yaratmaq ekologiyanın radikal 

həlledici məsələsi olmaqda qalır. 

Təbii resurslardan daha səmərəli istifadə etmək yolu ilə ətraf mühitin keyfiyyəti stabilləşdirilməsi və yaxşı-

laşdırılması tullantısız istehsalın yaradılması və onun inkişaf etdirilməsilə bağlıdır . 

Resursların qorunması xalq təsərrüfatının artmaqda olan tələbatını təmin etmək sahəsində həlledici mənbə-

dir. 

Tullantısız istehsal texnologiyasında istehsalın təşkili prinsipi belə anlaşılır: 



İlk xammal resursları – «istehsal» - «istifadə» - «təkrar xammal resursları» tsikli ekoloji tarazlığı pozmadan 

xammalın bütün komponentlərindən, bütün enerji növlərindən səmərəli istifadə olunması üzrə qurulmuşdur. Tul-

lantısız istehsal bir kombinat, sahə, region, nəticədə nəhayət bütün xalq təsərrüfatı üçün yaradıla bilər.  

Tullantısız istehsal uzunmüddətli və tədrici proses olub bir – birilə bağlı olan bir sıra texnoloji , iqtisadi , təş-

kilatı , psixoloji və digər məsələlərin həllini tələb edir. Praktikada tullantısız sənaye istehsalını yaratmaq üçün 

ilk növbədə prinsipcə yeni texnoloji proseslərə , cihazlara , avadanlıqlara əsaslanmalıdır. 

 Tullantısız texnologiya bütün sənaye və kənd təsərrüfatı istehsalının ekoloji strategiyası hesab olunur. Tul-

lantısız texnologiyanın əsas istiqamətləri aşağıdakılardır: 

-

 

tullantıların utilləşdirilməsi, xammal və materiallardan kompleks istifadə edilməsi, qapalı tsiklli istehsalın 



təşkili, çirkab sularının atılmaması, zərərli maddələrin atmosferə buraxılmaması. 

 İstehsal tullantılarından xammal, yarım fabrikat , yanacaq və s . kimi faydalı istifadə edilməsi utilizasiya ad-

lanır. Utilizasiyanın xalq təsərrüfatında əhəmiyyəti vardır. Bir sıra sahələrdə utulizasiya məqsədilə xüsusi sexlər 

və  hətta  utulizasiya zavodları yaradılır. Utulizasiya tullantılarının toplanması ilə xüsusi müəssisələr məşğul 

olur. 

«Tullantısız» texnologiya üzvü tullantıların təkrar emal edilməsində də tətbiq edilir. Bakıda üzvi tullantıların 



illik miqdarı 2,5 milyon tondan çoxdur. Bu, əsasən ağac emalı, şərab və pivə istehsalı, dəri emalı müəssisələrinin 


 

144


və ət kombinatının tullantılarından ibarətdir. Bunların yalnız 5-6 % - i təkrar emal edilir, qalanı isə yandırılır. Bu 

üzvi tullantıları emal etməklə həm ətraf mühitin çirklənməsinin qarşısı alınar, həm də xeyli gübrə istehsal etmək 

olar. BDU – nun alimləri ( Q.Qasımov və A.Əhmədov) üzvi tullantılardan asan və ucuz yolla gübrə istehsal etmə-

yin üsulunu işləyib hazırlamışlar. Bu usulu hər bir rayonda , hər bir təsərrüfatda asanlıqla tətbiq etmək mümkün-

dür. Üzvi tullantıları 3 gün ərzində kimyəvi məhlulda islatmaq yolu ilə gübrə əldə etmək, bununla da ətraf mühiti 

təmizləməklə yanaşı ondan xeyli mənfəət götürmək olar. 

 Sankt – Peterburq yaxınlığında məişət tullantılarının mexaniki emalı ilə məşğul olan kiçik bir zavod fəaliy-

yət göstərir. 150- ə qədər işçisi olan bu zavodda məişət tullantılarından ildə 2 min tondan çox qara metal ayrılır. 

 Burada üzvi tullantılar mikroorqanizimlərin 3 günlük təsirindən sonra insanın səhhəti üçün təhlükəli, müxtə-

lif xəstəliklər törədən mikroblar məhv edilir; əldə edilən məhsul xammal şəklində lazimi yerlərə göndərilir. Bir 

sıra təssərrüfatlarda ondan gübrə kimi istifadə olunur . Əvvəllər üzvi tullantıların təqribən 1/3- ni təşkil edən və 

mikroorqanizimlər tərəfindən təsir göstərilə bilməyən şüşə, ağac və əlvan metal qırıntılarını, rezin və dəri parça-

larını, plastik kütləni ayıraraq tullamaq lazım gəlirdi. Sonralar alimlər bu bərk qarışıqları havasız yerdə yüksək 

temperaturda qızdıraraq pirokarbon, yanacaq qaz və duru qətran kimi qiymətli məhsullar almağa nail oldular. 

 İri sənaye şəhərlərində İES və başqa müəssisələr atmosferə xeyli sulfat anhidridi buraxır. Onun təsirindən 

metallar karroziyaya uğrayır, tikinti qurğuları aşınır, bitkilər məhv olur, xəstəliklər artır. Halbuki, həmin stansi-

yaların tüstülərindən SO2- ni ayıraraq sulfat turşusu hazırlamaq olar. Dünyada ilk dəfə 1952- ci ildə Moskvada 

12№ - li İES – də bu üsuldan istifadə edilmişdir. 

 Ukranyada tikilmiş kimya kombinatında tullantılar başqa sexlərdə kompleks emal edilərək azot gübrələrinə, 

mal – qara üçün zülal vitamin konsentratına, karbon qazına və onu da quru buza çevirir.  

Estoniyada iri azot gübrəsi zavodunda əvvəl havanı çirkləndirən tullantı indi xammal kimi istifadəyə verilir. 

 Kanalizasiya  suları çirkli halda, tullantılarla qarışıq  şəkildə çay və  dənizlərə tökülür, onları  və atmosferi 

çirkləndirir. Çirkli suların kimyəvi tərkibi onların hansı istehsal sahəsində  tətbiq olunmasından asılıdır. Məs., 

neft emalı zavodlarından buraxılan sular müxtəlif üzvi maddələrlə (fenollar, amin turşuları, qatran və s.) zəngin 

olur. 

 Kanalizasiya sularının təkibində müxtəlif üzvi maddələr, fosfor, kalium və digər mikroelementlər vardır. Bir 



çox ölkələrdə kanalizasiya sularından gübrə kimi istifadə edilir. Bu sahədə Çin xalqı bir neçə əsrlik təcrübəyə 

malikdir. 

 Berlin şəhərində kanalizasiya sularından istifadəyə hələ XIX əsrdən başlanılmışdır.Burada kanalizasiya şə-

bəkəsinə xüsusi meliorasiya qurğuları qoşulur və «maye gübrə» böyük təzyiq altında əkin sahələrinə verilirdi. 

 Polşa alimi A.Lenkova qeyd edir ki, çirklənmiş sulardan yenidən istifadə edilsə, 4 qat səmərə əldə edilər: tə-

mizləmə qurğularının tikintisinə xərc azalar: əkin sahələri əlavə su alar ; süni gübrəsiz məhsuldarlıq artar: çay və 

dənizlərin sanitar vəziyyəti yaxşılaşar.Bunun üçün çirkli suların müxtəlif xəstəliktörədən bakteriyalardan təmiz-

lənməsi tələb olunur. Bu isə o qədər də böyük problem deyil. 

 Neft və qaz yataqlarının işlənməsi ( istismarı ) prosesi zamanı yataqda neft və qazla bərabər çoxlu miqdarda 

çıxarılan lay suları tullantı şəklində çay və dənizlərə axıdılır. Halbuki, həmin sularda sənaye əhəmiyyətli yod, 

brom , xlor, natrium və s . elementlər var. 

 Neftçala şəhərində yerləşən yod – brom zavodunun istismar obyekti həmin yataqdakı neftli layların suları-

dır. Həmin sularda yodun miqdarı litrdə 60 – 70 mq – a çatır. 

 Zaparojye şəhərinin bir qrup mühəndisi şəhərin zavodlarının tullantılarından 66 növünü (bərk , qaz , maye 

şəkildə ) böyük bir qabda qarışdıraraq müəyyən vaxt saxlamışlar . Nəticədə tullantılar tam zərərsizləşdirilmiş, 

bərk , qaz və maye şəkilli müxtəlif xammal növləri alınmışdır. 

 Atmosfer havası ətraf mühitin həyat üçün vacib olan ən əhəmiyyətli ünsürlərindən biri olmaqla onun çirk-

lənmədən mühafizəsi günün aktual tələbidir . 

 Luis – Con Batanın «Çirkli səma» kitabında qeyd edilir: İkisindən biri olmalıdır : ya adamlar elə etməlidir 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   262   263   264   265   266   267   268   269   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin