142
1997 – ci il iyulun 3 – 6 – da Azərbaycan ərazisinin təqribən üçdə birini əhatə edən leysan yağışları,
sel su-
basma hadisələri 15 nəfərin həlakı ilə nəticələnmiş , Nazirlər Kabinetinin məlumatına görə Respublikanın iqtisa-
diyyatına təqribən 50 mln.ABŞ dolları həcmində ziyan dəymişdir.Respublikanın ərazisində hər il insan ölümü
və ziyanla nəticələnən, sel, daşqın, dolu, qasırğa və digər təhlükəli hadisələr baş verir və vaxtaşırı quraqlıq, me-
şə yanğınları, qar uçqunları müşahidə olunur.
Azərbaycan Respublikası 1992 – ci ildə BMT – nin Rio – de – Jeneyro (Braziliya) şəhərində keçirilən «Ət-
raf mühit və inkişaf» konfransında «İqlim dəyişmələri üzrə çərçivə Konvensiyasını» imzalamış, 1995 – ci ildə
Milli Məclis tərəfindən ratifikasiya etmiş, 2000 – ci ildə bu Konvensiyanın həyata keçirmə mexanizmini təyin
edən Kioto (Yaponiya) Protokolunu imzalamışdır.Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi
üçün 1997 – ci ildə İqlim Dəyişmələri üzrə Dövlət Komissiyası yaradılmışdır. Konvensiyanın tələblərinə uyğun
olaraq 1998 – 99 – cu illərdə «İqlim dəyişmələri üzrə birinci Milli məlumatlar» layihəsinin I- mərhələsi, 2000 –
ci ildə II- mərhələsi yerinə yetirilmişdir. Layihənin I- mərhələsi çərçivəsində Respublika ərazisində müasir iqlim
dəyişmələrinin tendensiyası müəyyən edilmiş, gözlənilən iqlim dəyişmələrinin ssenarisi (5 ssenari) hazırlanmış,
iqlim dəyişmələrinin neqativ təsirləri nəticəsində baş verə biləcək itgilərin azadılması üçün Milli adaptasiya pla-
nı, qlobal istiləşməyə səbəb olan parnik qazlarının Milli kadastrı, parnik qazlarının tullantılarının azadılmasına
dair Milli fəaliyyət planı hazırlanmışdır. Layihənin II mərhələsində Azərb. Respublikasında parnik qazlarının
azaldılması üçün texnologiyalara Milli təlabat müəyyənləşdirilmiş, iqlim üzərində sistematik müşahidələrin
hazırki vəziyyəti və potensialı qiymətləndirilmişdir.
Hazırda Azərbaycan iqlim dəyişmələri üzrə Şərqi Avropa və keçmiş SSRİ dövlətləri(12 ölkə) ilə birlikdə
parnik qazlarının inventarlaşdırılmasının keyfiyyətinin təkmilləşdirilməsi üçün Milli potensialın yaradılması üz-
rə regional layihənin ilkin mərhələsində iştirak edir.Layihənin yerinə yetirilməsi 2002 – ci ilin iyunundan 2005 –
ci ilin iyununadək planlaşdırılmışdır.