150
Ayrı-ayrı sənaye sahələrində sudan istifadə həcmi olduqca fərqlənir.Belə ki, 1 ton pambıq parçasının
istehsalında 250 m
3
,
1 ton lif əldə etmək üçün 2500 – 5000 m
3
su sərf olunur. Su ən çox əlvan metalların
istehsalına sərf edilir: 1 ton nikel əridilməsinə 4000 m
3
su tələb olunur.Daha çox su ABŞ – ın sənayesin-
də ( 260 km
3
/il ) işlədilir və dünyada sərf olunan suyun cəminin üçdə birini təşkil edir.
Alimlərin fikirincə
XXI əsrin əvvəlinə Asiya, Afrika, Latın Amerikasında suqəbuledicilər 3 – 5 dəfə , iqti-
sadi cəhətdən inkişaf etmiş ölkələrdə cəmi 10 – 25 % artacaqdır, bu su resurslarının kəmiyyət və keyfiyyət-
cə azalmasıilə bağlıdır.
9.3. Hidrosferin əsas xüsusiyyətləri
Hidrosfer - Yerin su örtüyü olub planetin bütün su obyektlərinin (okeanlar, dənizlər, çaylar, göllər, ba-
taqlıqlar, buzlaqlar, qar örtüyü, yeraltı sular) məcmuudur.
Hidrosferin tərkibinə həmçinin atmosferdəki su, torpaq suyu və canlı orqanizimlərdə olan sular daxil-
dir. Hidrosferdə ( təbiətdə ) su 5 faza vəziyyətində mövcuddur: maye , bərk ( buz, qar ) və qaz ( buxar ). Ye-
rin bütöv örtüyü olan hidrosfer , bəzən «görünməz» halda ( yalnız su buxarı və torpaq rütubətliyi şəklin-
də) olur.
Hidrosferin ayrı – ayrı «görünməyən» sahələrinin rolu az deyildir, əksinə, atmosferdə olan su buxarı mü-
hüm geoekoloji prosesin - ilkin bioloji məhsulun və ya fotosintezin zəruri yaradıcısı; torpağın rütubətliyi
isə Yerin bitki örtüyü kütləsinin yaradıcı prosesinin praktiki olaraq vacib komponentidir. Bununla yanaşı həm
su buxarı, həm də torpağın rütubətliyi qlobal hidroloji tsiklində mühüm rol oynayır.
Məkanca hidrosfer faktiki olaraq ekosferlə birləşir. Hidrosfer bütün digər geosferlərə daxil olaraq (gi-
rərək) maddələr və enerji mübadiləsinin qlobal proseslərində mühüm rol oynayır.
Su olduqca spesifik xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər Yerdə baş verən və su iştirak edən bir
çox təbii proseslərə ciddi təsir göstərərək planetdə həyatın inkişafını təmin edir. Aşağıdakı 9.3 saylı cəd-
vəldə suyun nadir fiziki – kimyəvi xassələri və əhəmiyyəti verilir.