Yerin su ehtiyatları. (E.P.Romanova və b. , 1993)
Suyun qrupu
Birdəfəlik ehtiyat
mln.km
3
Dünya ehtiyatında
tutduğu yer
Şor su Şirin su
Ümumi
ehtiyatdan
Şirin su
ehtiyatın-
dan
Dünya okeanı 1370
96,5
Yeraltı sular
4,1
Buzlaqlar
24
1,74
68,7
Göllər (şorsulu) 0,85 -
0,06
Göllər (şirin sulu) -
0,91
0,07
0,26
Çaylar
0,0012
0,0002
0,006
Torpaqdakı rütu-
bətlik
0,08 0,004 0,02
Atmosfer suları
0,14 0,001 0,04
9.4. Suyun qlobal dövranı və ya hidroloji tsikl
Suyun qlobal dövranının təbiətdə əsas mənbəyi Günəş sayılır. Günəş enerjisinin təsiri ilə okeanın və
qurunun səthindən su buxarlanaraq atmosferə qalxır. Su buxarları havaya qalxaraq soyuyur, kondensasiya
olunaraq buludlar əmələ gətirir. Buludlar kifayət qədər soyuduqdan sonra yağış və qar şəklində okeanın
və qurunun səthinə düşür. Düşən yağıntılar yenidən buxarlanaraq atmosfer yağıntıları şəklində yenidən qayı-
dır. Quruya düşən yağmurların bir hissəsi torpağa hopur, bir hissəsi səthi axım əmələ gətirərək çaylara
tökülür və yenidən okeanlara qayıdır. Qrunt suları isə bulaqlar şəkilində Yer səthinə çıxır və ya bitki ör-
tüyünün fəaliyyəti nəticəsində transpirasiya olunur. Materik və okeanlar daxilində su dövranı bu cür gedir
(Şəkil 9.1.).
Dostları ilə paylaş: |