Qlobal su dövranının ən böyük hissəsi okean su dövranı hesab olunur. Qurudan buxarlanan su yenidən
İl ərzində dünya su dövranında hidrosferin ümumi kütləsinin 0,025% - i iştirak edir.Suyun tam təzə-
lənməsi (dəyişməsi) hidrosferin müxtəlif hissələrində müxtəlif vaxt ərzində baş verir.Belə ki, yeraltı sula-
sivliyindən asılı olaraq ) , buzlaqların təzələnməsi üçün isə 8 min il tələb olunur.Okeanın təzələnməsi orta
155
hesabla 3 min il,axar göllər - 10 illər , axmaz göllər – 200 – 300 il , torpaq suyu – orta hesabla 1 ilə , çay-
lardakı su - il ərzində 30 dəfə ( hər 12 sutkadan bir ) , atmosferdə su ildə 10 dəfə ( hər 9 sutkadan bir )
dəyişilir ( təzələnir ).
Suyun qarışması prosesi, eyni zamanda , istiliyin bir yerdə buxarlanmaya , digər yerdə isə kondensasi-
yaya sərf olunmasıilə paylanması prosesidir. İl ərzində bu prosesdə Yer səthinin aldığı Günəş istiliyinin
dörddə birinin çoxu iştirak edir.Qlobal dövranın əhəmiyyəti olduqca böyükdür.İstiliyin və rütubətliyin
yerini dəyişərək 0 , bütün yer örtüyünü əlaqələndirir və Yerin təbii örtüyünün vəhdətliyini (bütövlüyünü)
və planetimizdə həyatı qoruyub saxlamaqda xüsusi rol oynayır.
Yerin hidrosferinin , həmçinin onun istənilən hissəsinin vəziyyəti su balansı ilə səciyyələnir.Yerin hid-
roloji vəziyyəti dünyada suyun ümumi həcminin dəyişməsilə deyil, suyun məkanca paylanması , xüsusilə
okeanlarda və buzlaqlardakı su ehtiyatının nisbətinin dəyişməsilə bağlıdır.Yerdə buzlaqların geniş inkişafı
zamanı hidrosferin suyu ən çox buzlaqlarda (cəmlənir) toplanır və Dünya okeanının səviyyəsi aşağı dü-
şür.Əksinə , okeanın səviyyəsinin yüksək olması buzlaq örtüyünün nisbətən az həcmli olmasına uyğun
gəlir.Belə bir nisbətin təzahürü hazırda da müşahidə olunur.Bu haqda iqlimin dəyişməsinin nəticələrindən
bəhs edərkən danışılmışdır.
Qlobal su balansının komponentlərinin bir illik ölçüləri 9.5 saylı cədvəldə verilir, cədvəldən göründüyü
kimi planetimizdə buxarlanan suyun cəmi 577 min km
3
təşkil edir. Şübhəsiz
onun əksəriyyət hissəsi
okeanların payına düşür. Qeyd edək ki, ildə 30 min km
2
yaxın bitkilərin transpirasiyasına sərf olunur, bu
quru səthində buxarlanmanın cəminin 42 % - ni təşkil edir.
Cədvəl 9.5
Dostları ilə paylaş: