MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
səhifə278/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   274   275   276   277   278   279   280   281   ...   751
9.5. Qurunun suları 

 

9.5.1. Quru  sularının  əsas  funksiyaları 

Təbiətdə  su, bir  çox  qarşılıqlı  əlaqələrin, o cümlədən  digər  geosferlərin  mərkəzində  dayanır.Cəmiyyətdə  

bir  sıra  iqtisadi, ictimai və  siyasi  problemlərin  böhranlı  faktoru  sayılır.Ekoloji  baxımdan, ümumi  şəkildə  

demək  olar  ki, qurunun  suyu  ekosferdə  üç  əsas  mühüm  funksiyası  daşıyır: 

1.

 

Maddələrin qlobal tsiklində iştirakçı, çox  vaxt  aparıcı  və  birləşdirici  iştirakçı; 



2.

 

Ekosistemlərin , xüsusilə  çay  və  göllərin  indiqatoru;  



3.

 

Ən  geniş  istifadə  edilən  təbii  sərvət. 



Çox  hallarda  su  əsas qlobal  ekoloji  problemlərin hakim  faktoru sayılır. Su  karbon qazı, azot, kükürd, 

fosfor  və  b. elementləri  qlobal  biokimyəvi  tsikllərin  və  böyük  geoloji  tsiklin ekzogen hissəsinin (eroziya-

sedimentasiya tsiklinin) mühüm faktorudur. Qlobal hidroloji tsikl ekosferin əsas həyattəminedici  mexanizmidir. 

Bir  sıra  gərgin  ekoloji  problemlər  su  problemlərilə  əlaqədardır.Antropogen təbii və kənd təsərrüfatı  sis-

temlərin  vəziyyətinin  pisləşməsi, ya  su  rejiminin dəyişməsi  nəticəsində (çox vaxt insanın fəaliyyəti nəticəsin-

də) baş  verir, və ya  əksinə, sistemin  antropogen  dəyişməsi  torpağın  susaxlama  qabiliyyətinin, bitki  tərəfin-

dən  suyun  tutulub  saxlanmasının, torpağın  susızdırma  qabiliyyətinin  və  ona  uyğun  hidroloji  rejimin  də-

yişməsinə  səbəb  olur. 

Su  hövzədə  gedən  prosesləri  birləşdirmək  xüsusiyyətilə  fərqlənir.Bütövlüklə, demək  olar  ki, su  təbiətdə  

bir  çox  qarşılıqlı  əlaqələrin mərkəzində duraraq bənzər  landşaftlarda , insanın  bədənində  qanın  oynadığı  ro-




 

156


la  uyğun  rol  oynayır.Qanın  analizi  xəstənin  vəziyyətini  göstərirsə, təbii  suların  kimyəvi  və  fiziki  xüsu-

siyyətləri  hövzədə  gedən  bir  çox  proseslərin  obyektiv  indiqatoru   hesab  olunur. 

Zonal  təbii    proseslər  hidroloji  rejimin  əsas  göstəricilərində əks olunur.Məsələn , rütubətli  tropik  meşə  

zonasında  çaylar  çox  sulu  olub  axımın  qalınlığı  təxminən  1200mm  təşkil edir, yeraltı  axımın  payı  yüksək 

(50 % - ə  yaxın), suyun  temperaturu  da  daim  yüksək (25-27

0

 C) olur. Bu  zonanın  təbii  suları  ultra – şirin  



olub  tərkibində  həllolan  maddələrin  miqdarı  100mq/l – dən  az , hətta  bəzi  hallarda  10mq/l  təşkil  edir, hid-

rokarbonatlı – silisli  sinfə  daxildir, asılı  gətirmələr  çox  az  qatılıqlı  olub  50q/l – dən  az  təşkil  edir. 

Bozqır  zonada  axımın  qalınlığı  az  olub  il  ərzində  50  mm  təşkil  edir.Mövsüm  ərzində  çox  dəyişgən  

olur.Axım  əsasən  ( 80 % ) sutoplayıcı  hövzənin  səthi  ilə  axan  sularla  formalaşır.Suları  şirindir , lakin  tər-

kibində  çoxlu  duzlar ( 1000mq/l – ə  qədər ) olur , hidrokarbonatlı – kalsiumlu , bulanıqlıq  dərəcəsi  yüksək  

olub  500mq/l –ə  qədər  təşkil  edir. 

 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   274   275   276   277   278   279   280   281   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin