Øÿêèë 8.9. 1950-1982-úè èëëÿðäÿ
ãàçûíòû éàíàúàãëàðûíûí éàíäû-
ðûëìàñû íÿòèúÿñèíäÿ ÑÎ2-íèí
àòìîñôåðÿ èëëèê äàõèë îëìàñû. 1-
ãàçûíòû éàíàúàãëàðû
áöòþâëöêäÿ (èëäÿ 4,44%); 2-äàø
êþìöð (èëäÿ 1,72%); 3- íåôò (èëäÿ
7,11%);
4- òÿáèè ãàç (èëäÿ 8,06%).
Şəkil 8.10. 1880-1980-úè èëëÿð
äþâðöíäÿ ÍÎ
2
-íèí àéðûëìà èíòåí-
ñèâëèéèíèí ãèéìÿòëÿíäèðèëìÿñè
Turşulu yağışlar çox vaxt onları törədən mənbələrdən xeyli aralı yerlərə yağır.
Turş yağışlar təbiətə, binalara və qurğulara böyük ziyan törədir, tarixi abidələri aşılayır, metal qurğuları kor-
roziyaya uğradır, torpağın, suların fiziki-kimyəvi xassəsini dəyişir, canlı aləmin fizioloji inkişafını pozur.
Azotun və kükürdün antropogen birləşmələri atmosferin və ekosistemin turşuluq dərəcəsini olduqca artırır.
Bu isə torpağın, meşələrin, yeraltı suların, göllərin və çayların vəziyyətini xeyli dəyişir.
Turş mühitə malik olan meşə və bataqlıqlara düşən turş yağışlar turşuluq dərəcəsini bir qədər də yüksəldir və
canlı aləmi pozur.
Qeyd edək ki, iynəyarpaqlılar turş yağışlara daha çox həssasdır. 1990-cı illərdə Qərbi Almaniyada Bavariya-
nın 1500ha həmişəyaşıl (iynəyarpaqlı) meşələri turşulu yağışın təsirindən məhv olmuşdur.
Qərbi Avropada meşələrin 30%-ə qədəri bu səbəbdən ziyan çəkmişdir. Turşu torpaqda alüminiumun hərəkə-
tini sürətləndirir, bu isə xırda köklər üçün zəhərli sayılır və ağacların yarpaqlarının və iynələrinin qurumasına
səbəb olur.
PH-ın dəyişməsi su orqanizmlərinə də mənfi təsir göstərir. Yalnız İsveçdə balıq yetişdirilən 4 min göl, Nor-
veçin cənub hissəsində gollərin 80%-i ya «ölüdür», ya da kritik vəziyyətdədir. Turşulu yağışın təsirindən Kana-
dada 4 min təbii göl «ölüdür», İtaliya, İsveçrə, Fransa kimi dövlətlərin alp (dağ) göllərinin çoxunda canlı aləm
məhv edilmişdir.
Ekosferdə antropogen kükürd və azotun toplanması asidifikasiya prosesini gücləndirməklə yanaşı, həm də
Yerin artmaqda olan radiasiya balansına, qida maddələrinin qlobal balansına (biogenlərin) və troposferin oksid-
ləşmə qabiliyyətinə təsir göstərir.
Turşulu yağışların ekoloji problemini həll etmək üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi vacibdir:
-
kükürd və azot oksidlərin tullantıları, ilk növbədə kükürd qazının buraxılması kəskin azaldılmalıdır, belə
ki, sulfat turşusu və onun duzları turşulu yağışın yaranmasının 70-80%-ni təşkil edir.
-
Yeni texnologiya tətbiq edərək: a) yanacağa qənaət etmək; b) yanacaqdan kükürdü kənarlaşdırmaq; v) tüstü
bacasından çıxan kükürd və azot oksidini tutmaq (200- ə yaxın belə texnologiya məlumdur ) üzrə tədbirlər həya-
ta keçirilməlidir.
-
Turşulu yağışlar problemi qlobal problem olduğu üçün bu istiqamətdə beynəlxalq əməkdaşlıq aparılır . Bu-
na 1983-cü ildə qüvvəyə minən Avropa Konvensiyasının protokolu misal ola bilər. Həmin protokolda Avropa
və Kanadanın 20 dövlətində kükürd oksidi tullantılarının 30% azaldılması irəli sürülmüşdür.
Dostları ilə paylaş: |