8.10. Turşulu (turş) yağışlar
«Turşulu yağışlar» terminini 1872-ci ildə ingilis kimyagəri Robert Smit özünün «Hava və yağmur» əsərində
irəli sürmüşdür. Turşulu yağışın əsas komponentləri azot və kükürd oksidlərinin (SO
2
və NO) aerozolları sayılır.
Onlar atmosfer, hidrosfer və ya torpaq rütubətliyi ilə qarşılıqlı əlaqədə olduqda sulfat, nitrat və digər turşular
əmələ gətirir.
Amonyak (NH
3
) da turşulu yağmurların əsas komponentlərindən biri hesab olunur. Turşulu yağışlar həm tə-
bii, həm də antropogen mənşəli olur. Turşulu yağışın əmələ gəlməsinə səbəb olan təbii mənbələrə vulkan püs-
kürmələri, şimşək çaxması və ildırım, meşə yanğınları, biogen ifrazatı, torpağın deflyasiyası və s. aiddir. Alim-
lərin məlumatlarına görə dünyada yalnız vulkan fəaliyyəti nəticəsində hər il 4-16 mln. ton kükürd birləşmələri
ayrılır. Hər il atmosferə kükürd – 2 – oksid və azot oksidləri daxil olur.
Antropogen turşulu yağışların mənbəyi qazıntı yanacaqlarının, xüsusilə daş kömürün İES-də, qazanxanalar-
da, metallurgiyada , neft-kimya sənayesində, nəqliyyatda və s. yandırılması prosesi sayılır. Neftin yandırılması
və emalı zamanı da kükürd qazı əmələ gəlir. Onu aşağıdakı düsturla göstərmək olar.
2SO
2
+O
2
= 2SO
3
SO
3
+H
2
O = H
2
SO
4
Azot oksidinin havanın oksigeni ilə yüksək temperatur şəraitində birləşməsi zamanı, xüsusən daxili yanacaq
mühəriklərində və qazanxana qurğularında yaranır.
Antropogen mənbələri azot oksidinin 93%-ni ayırır, bu isə
su buxarı ilə birləşərək azot turşusunu əmələ gətirir.
2NO+O
2
2NO
2
3NO
2
+H
2
O 2HNO
3
+NO
Turşulu yağışların digər mənbəyi kənd təsərrüfatı sayılır. Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artır-
maq üçün azot gübrələrindən geniş istifadə olunur, həmçinin azot toplama qabiliyyətinə malik olan paxlalılar və
çəltiyin əkin sahələri genişləndirilir.
İlk dəfə turşulu yağışlar 1960-cı illərdə Şimali Amerika və Kanadada müşahidə edilmişdir. Hazırda turşulu
yağışlar adi hal almış və dünya ictimaiyyətini daha çox narahat edir.
Avropa və Şimali Amerikada qazıntı yanacaqlarından çox istifadə olunduğundan bu ərazidə dünyada atmos-
ferə buraxılan maddələrin 70%-i düşür və bu turşulu yağışın əmələ gəlməsinə səbəb olur. Turşulu yağışın əsas
yayıldığı vilayətlər – sənaye rayonları sayılır. (Şimali Amerika, Qərbi Avropa, Yaponiya, Koreya, Çin, Rusiya-
nın sənaye rayonları.)
Kükürd kimi azotun tsikli də insan tərəfindən yüksək dərəcədə dəyişilməyə məruz qalmışdır. İnsan fəaliyyə-
tilə azotun qlobal tsiklinə ildə 140 tereqramm (mln.ton) azot daxil edilir. Bu, təbii mənbələrdən gələn azotun cə-
mindən də çoxdur. Bu zaman 80 tq azot gübrələri sənayesi, 40tq paxlalıların və cəltiyin səpinindən, 20tq isə qa-
zıntı yanacaqlarıının yandırılması prosesi zamanı əmələ gəlir. Göstərilən miqdarın təxminən 80tq atmosferə bu-
raxılır. Atmosferə hər il buraxılan 80tq azotun 60tq –ı kontinentə, 20tq-yə qədəri isə okeanların səthinə düşür.
Dəniz sahilləri hər il çay axınları vasitəsilə 40tq əlavə azot qəbul edir.
Ümumiyyətlə turşuluğu (PH) 5,6-dan aşağı olan yağıntıların «Turşulu yağışlar» adlandırılması qəbul edil-
mişdir.
Maraqlıdır ki, indiyə qədər məlum olan ən turş yağış Kanadada (PH2,4) və ABŞ-ın Los-Anjeles şəhərində
PH (2,3) qeydə alınmışdır. Başqa sözlə desək, bu cür yağışda turşuluq mətbəx sirkəsi tündlüyünə, yaxud da li-
mon şirəsi turşuluğuna bərabər olur.
|