MəMMƏdov qəRİb xəLİlov mahmud


Azərbaycan  respublikasında



Yüklə 4,78 Mb.
səhifə244/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   240   241   242   243   244   245   246   247   ...   751
Azərbaycan  respublikasında   

nəqliyyatın vəziyyəti 

Respublikamız inkişaf etmiş nəqliyyat  infrastrukturuna  malikdir.Ekoloji  baxımdan  isə  nəqliyyatın  səviy-

yəsi  çox  aşağıdır.Nəqliyyat vasitələrinin əksəriyyəti  keçmiş  SSRİ  ölkələrində  istehsal  edilmişdir.Onların  

modelləri  əsas  texniki  göstəricilərinə  görə  inkişaf  etmiş  ölkələrdə  istehsal  edilən  nəqliyyat  vasitələrindən  

çox  geri  qalır.Köhnə, istismar  müddəti  çoxdan  başa  çatmış, ucuz  qiymətlə  xarici  dövlətlərdən  gətirilmiş  

texniki  cəhətdən  yararsız  avtomobillərin  istismarı  nəticəsində  şəhərlərin  havasına  külli  miqdarda  zərərli  

qazlar  buraxılır. 

Qeyd  edək  ki, böyük sərnişin  avtobuslarının  çoxu  az  sərnişin  tutumu  olan  mikroavtobuslarla əvəz  edi-

lir.Bunun  nəticəsində yollarda tıxaclar  yaranır, havaya  buraxılan  zərərli  qazların  miqdarı  dəfələrlə  artır.Ba-

kı  və  Gəncə  şəhərlərində  havanı  çirkləndirməyən  nəqliyyat  növləri (tramvay, trolleybus)  də  demək  olar  

ki,  sıradan  çıxarılmışdır. 

Respublikamızda  hazırda  avtomobillərdən  atılan  tullantıların  zərərlilik  hədlərini  müəyyənləşdirən  eko-

loji  təhlükəsizlik  standartları  yoxdur.Bu  günədək  keçmiş  SSRİ – nin  standartları  qüvvədə  qalır, bu  stan-

dartlar  isə  müasir  beynəlxalq  tələblərə  cavab  vermir.Avtomobillərin  ekoloji  göstəricilərinə  nəzarət  tələb  

olunan  səviyyədə  deyil. 

Əksər  avtomobil  magistral, şəhər, rayon  mərkəzləri  və  kənddaxili  yolların  standartlara  cavab  verməyən  

səviyyədə  olması,bir  çoxunun  isə  yararsız  hala  düşməsi  və  ya  sıradan  çıxması  avtonəqliyyat  tərəfindən  

ətraf  mühitə  atılan  zərərli  maddələrin  miqdarının  daha  da  artmasına  səbəb  olur. 

Respublika  Ekologiya  və  Təbii Sərvətlər  Nazirliyinin  avtomobil  nəqliyyatı  sahəsində  ekoloji  baxımdan  

dayanaqlı  ekoloji  inkişaf  proqramında  aşağıdakı  tədbirlər irəli  sürülür: 

- Avtomobil  nəqliyyatının  ətraf  mühitə  zərərli  təsirinin  səviyyəsini  tənzimləyən  normativ – hüquqi  akt-

ların  qəbul  edilməsi; 

- Nəqliyyat  sahəsində  harmonik  siyasətin  həyata  keçirilməsi  üçün  nəqliyyat  sektorunda  qanunvericilik  

siteminin  təkminləşdirilməsi. 

- Avtomobil  nəqliyyatında  istifadə  edilmək  üçün  ekoloji  baxımdan  təmiz  yanacaq  novlərinə  keçilməsi 

(sıxılmış  maye  qaz, bioqaz  və  s.)   

- Tələblərə  cavab  verməyən  köhnə  nəqliyyat  vasitələrinin  utiliza  edilməsinin  təşkili. 

- Ekoloji  təmiz  sərnişin  nəqliyyat  növlərinin  tətbiqi, şəhər  daxilində  «piyada»  zonalarının  genişləndiril-

məsi. 

- Avtomobil  və  dəmir  yollarının  müasir  dünya  standartlarına  uyğun  rekonstruksiya  olunması. 



- Ölkəyə  daxil  olan  avtomobillərin  mühərrəklərinin kataliktik  qaz  neytrallaşdırıcıları  ilə  təmin  olunma-

sına  və  Avropa  ölkələri  üçün  müyyənləşdirilmiş  toksiklik  normaların  uyğunluğuna  nail  olmaq. 




 

126


- Şəhər daxilində  avtonəqliyyat  vasitələrinin  sıxlığını  azaltmaq  və  tıxacların  qarşısını  almaq  məqsədilə  

yaşayış  məntəqələri ətrafında dairəvi  avtomagistral  yolların  çəkilməsi, şəhərdə  əhalinin  sıxlıq  təşkil  etdiyi  

yerlərdə  (məs, Əzizbəyov  metrosu  stansiyasının  yanı, 8 – ci  km  bazarının  yanı  və  s.) yeraltı  yolların  sa-

lınması. 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin